Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bələdiyyələrdə ictimai münasibətlər və şəffaflıqla bağlı araşdırma davam edir

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi bələdiyyələrdə sorğu keçirir

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Bələdiyyələrdə ictimai münasibətlərin inkişaf etdirilməsi, şəffaflığın artırılması üçün tədbirlər planının hazırlanması və reallaşdırılması” layihəsinin icrasını davam etdirir. 5 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihənin birinci mərhələsinə uyğun olaraq, bələdiyyə üzvləri və qulluqçuları arasında sorğular keçirilir. Hazırlanan sorğu vərəqlərinə 12 sual daxil edilmişdir. Sorğu vərəqinə bələdiyyələrin ümumi fəaliyyəti, ictimai münasibətlərin inkişafı, vətəndaş cəmiyyəti institutları ilə əlaqələri, bələdiyyələrin informasiya aşıqlığı, büdcənin ictimai müzakirəsinin aparılıb-aparılmaması və bələdiyyələrdə ictimai münasibətlərin inkişafına hansı yollarla nail olunması ilə bağlı suallar daxil edilmişdir. 

Layihənin rəhbəri Rəfail Becanov Simsar.az saytına bildirib ki, sorğulara başlanılmazdan əvvəl Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə də Quba, Şabran, Qusar və Xudat şəhər bələdiyyələrində layihənin birinci mərhələsində sorğular keşirilməsi ilə bağlı müraciət edilmişdir. Bələdiyyələrlə İş Mərkəzi layihəyə maraq göstərmiş və layihənin uğurla həyata keçirilməsinə dəstək vermişdir.
Sorğular artıq Şabran və Xudat bələdiyyələrində başa çatıb. Layihənin rəhbəri və sosioloqu da intervüyerlərlə birgə həmin regionlarda olmuş və hazırlanan sorğu anketləri bələdiyyə üzvləri və qulluqçuları arasında paylanmış, onlara sorğunun məqsədi, əhəmiyyəti haqqında geniş məlumat verilmişdir. Daha sonra respondentlərdən sualları cavablandırmaq, müvafiq bildikləri cavabların işarələnməsi xahiş olunmuşdur. Bələdiyyə üzvləri və qulluqçuları sualların cavablandırılmasında aktivlik göstərmişdir.

Bələdiyyələrin layihə ilə bağlı fəaliyyətini şərh edən layihə rəhbərinin sözlərinə görə, bəzi bələdiyyələr hələ də qanunvericiliyin qarşıya qoyduğu vəzifələri bütünlüklə yerinə yetirmir. Xudat şəhər bələdiyyəsi istər ictimai münasibətlərin səviyyəsinə, istər vətəndaş cəmiyyəti institutları ilə əlaqələrinə, istərsə də büdcə və digər məsələlərlə bağlı infornasiya açıqlığına görə nümunəvi iş təcrübəsinə malikdir. Bu bələdiyyədə bütün informasiyalar əhalinin və maraqlanan hər bir kəsin tanış olması üçün bələdiyyə binalarında xüsusi lövhələrdə yerləşdirilir. Bələdiyyənin fəaliyyəti ictimai təşkilatlar üçün açıqdır və bələdiyyə özü də vətəndaş cəmiyyəti sektoru ilə əlaqələrin qurulmasında maraqlıdır. Amma Şabran bələdiyyəsi vətəndaş cəmiyyəti sektoru ilə münasibətlərin qurulmasında maraqlı olsa da, hələ də istər əhali ilə, istərsə də informasiya açıqlığına münasibətdə qanunvericiliyin tələblərinə tam əməl edə bilmir. Bələdiyyə rəhbərliyi ilə müzakirədə bu məsələlər xüsusi ilə müzakirə olunub və onlara ictimai münasibətlərin inkişafının vacibliyi, bunun bələdiyyənin fəaliyyətində müsbət əhəmiyyəti ilə bağlı müzakirələr aparılmışdır.
Layihə rəhbəri bildirib ki, növbəti mərhələdə sorğular Quba və Qusar bələdiyyələrində keçiriləcək.
Ramil






1 İyun, 2011  21:47 Baxılıb: 1121 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner