Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

SABİRABADDA ANALAR ÖLDÜ, HƏKİMLƏR SADƏCƏ TÖHMƏT ALDI

Oktay Şirəliyevdən dəhşətli hadisəyə adi reaksiya

Simsar.az Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata gorə, nazirliyin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, əslində rayonda son bir ayda doğuş zamanı dörd deyil, iki ölüm hadisəsi qeydə alınıb. Ölüm hadisələrinə hər iki qadının yüksək qan təzyiqi və qanaxma ilə xəstəxanaya vaxtından gec gətirilmələri səbəb olub. Odur ki, onların həyatlarını xilas etməyin mümkün olmayıb: “Həyatlarını itirən İlhamə və Xanım adlı qadınlara dəfələrlə sahə həkimləri tərəfindən yüksək qan təzyiqlərinin olmaları barədə xəbərdarlıq olunsa da onlar buna əhəmiyyət verməyiblər. Biri 30-31 həftəlik, digəri isə 27-28 həftəlik hamilə olan bu qadınlarda erkən qanaxma baş verib və xəstəxanada keysəriyyə üsulu ilə uşaqlar onların bətnindən götürülüblər. Qadınlardan birində kəskin qan itirmə və yüksək laxtalanma, digərində yüksək qan ifrazatı olub. Qanaxmanı və laxtalanmanın qarşısını almaq mümkün olmadığından hər ikisi həyatlarını itiriblər. Xəstələrin həyatını xilas edə bilmədiklərini görən rayon həkimləri Bakıdan həkim çağırmağa məcbur olublar. Lakin xəstələrin həyatını xilas etmək mümkün olmayıb”.

Mətbuat xidmətindən onu da bildiriblər ki, məsələ Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasında müzakirə olunub və rayonun bir neçə həkimi töhmət alıblar.






1 İyun, 2011  21:41 Baxılıb: 1525 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner