Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı metrosunda şəxsi heyətə göstəriş: ayıq-sayıq olun!

Sankt-Peterburqda metroda baş vermiş terror aktından sonra Bakı metrosunda şəxsi heyətə daha ayıq-sayıq olması barədə göstəriş verilib. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, bu göstəriş həm metronun personalına, həm də burada xidmət aparan polis əməkdaşlarına aiddir: "Onsuz da Bakı metrosunda təhlükəsizlik maksimum səviyyədə təmin edilib. Ümumiyyətlə, metroda təhlükəsizlik tədbirləri elə görülüb ki, metrodan istifadə edən sərnişinlərin narahatlığına əsas yoxdur. Onlar çox rahat şəkildə metrodan istifadə edə bilərlər".

Qeyd edək ki, saat təxminən 16 radələrində Rusiyanın Sankt-Peterburq şəhərində metronun "Sennaya ploşad" və "Texnologiçeskiy institut" stansiyalarında partlayış baş verir. İlkin məlumatara görə, terror aktı nəticəsində baş verən partlayış zamanı 10 nəfər ölüb, 50-dən çox yaralı var. Yaralılar arasında uşaqların da olduğu qeyd olunur.(milli)






3 Aprel, 2017  18:09 Baxılıb: 1452 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner