Türkiyənin milli müdafiə naziri Fikri İşıkın korteji qəzaya uğrayıb. Qəza nazir Gümüşhane Universitetində "Respublika idarəetmə sistemi" mövzusunda keçirilən konfransda iştirak edəndən sonra məscidə gedərkən baş verib.
Kortejdəki avtomobillərdən birinin mini avtobusla toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.