Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Vikipediyada Cəlil Xudiyev haqqında məqalə yerləşdirilib

Tarixin canlı şahidi Cəlil Xudiyev haqqında məqalə MEK əməkdaşları tərəfindən Vikipediyada yerləşdirilib.

Simsar.az xəbər verir ki, Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən Vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.

Hələ bir əsr öncə ermənilər tərəfindən törədilən vəhşiliklərin canlı şahidi, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Azərbaycan hərbçisi - Cəlil Xudiyev haqqında MEK-in Sərbəst Elektron resurslarla iş şöbəsi əməkdaşları tərəfindən Azərbaycan Vikipediyasında məqalə yaradılıb.

Cəlil Xudiyev 1905-1918-ci illərdə baş vermiş erməni-müsəlman müharibəsinin ən fəal iştirakçısı olub. Onun qardaşı Xudiyev Balaca 1905-ci ildə gecə ermənilər tərəfindən qətlə yetirilib. C. Xudiyev 1918-1920-ci illərdə general Mehmandarovun rəhbərlik etdiyi Azərbaycan ordusunda çox mühüm vəzifədə çalışıb, ermənilərin qiyamının yatırılmasında və onların Əsgəran qalasından, Laçından, Dağlıq Qarabağdan çıxarılmasında iştirak edən hərbi hissənin rəhbərlərindən biri olub.

1967-ci ildə Xankəndində ermənilər əhalinin gözü qarşısında Ərşad adlı bir şəxsi və onunla birgə 2 nəfəri də yandıraraq qətlə yetirdikdən sonra Cəlil Xudiyevlə DTK-nın sədri vəzifəsində çalışan Heydər Əliyevin görüşü olub. Daha sonra H. Əliyevin iştirakı ilə Xankəndində keçirilən geniş iclasda C. Xudiyev çıxış edir, qətli törədən şəxslərin adlarını açıqlayır, iclasdan sonra isə 39 erməni həbs edilir.

C. Xudiyev 1988-ci ildə Xankəndində ermənilər tərəfindən diri-diri yandırılıb.

15 mart 2002-ci il tarixində Azərbaycan Respublikası Xocalı Rayon Məhkəməsinin qərarı ilə Cəlil Xudiyevin şəhidliyi rəsmi sənədlərlə təsdiq olunub.

Xatırladaq ki, MEK əməkdaşlarının çalışması nəticəsində Vikipediyada 20 Yanvar və “Aprel döyüşləri” şəhidləri, Milli Qəhrəmanlara həsr olunmuş səhifələr yaradılıb, müxtəlif dillərə tərcümə edilib.

Linkə daxil olmaqla, məqalə ilə tanış ola bilərsiniz:

https://az.wikipedia.org/wiki/C%C9%99lil_Xudiyev





Aliexpress INT
31 Mart, 2017  16:05 Baxılıb: 778 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
21 Oktyabr, 2017  10:49

21 Oktyabr, 2017  10:29


20 Oktyabr, 2017  21:39


20 Oktyabr, 2017  09:39

20 Oktyabr, 2017  09:35


20 Oktyabr, 2017  09:21

20 Oktyabr, 2017  08:18




19 Oktyabr, 2017  14:20


19 Oktyabr, 2017  13:06


19 Oktyabr, 2017  11:31


19 Oktyabr, 2017  10:09

19 Oktyabr, 2017  09:54

19 Oktyabr, 2017  09:51




18 Oktyabr, 2017  12:49





18 Oktyabr, 2017  10:03



17 Oktyabr, 2017  12:34





17 Oktyabr, 2017  10:09




16 Oktyabr, 2017  12:31


16 Oktyabr, 2017  09:02