Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Sovetski"də yol infrastrukturunun 70%-i yenidən qurulub

"Sovetski" ərazisində yol infrastrukturunun 70%-i artıq yenidən qurulub. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, Bakının Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq yenidənqurma işləri davam etdirilir.

Yol infrastrukturunun yenidən qurulması işləri 26 hektar ərazinin 3 hektarını əhatə edir. Artıq bu çərçivədə işlərin 70 faizi aparılaraq yekunlaşdırılıb.

Sözügedən ərazilərdə “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır. Layihə Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev, Füzuli küçələrini və Təzəpir məscidin ətrafındakı yolları əhatə edir. Təzəpir məscıdı ətrafındaki yollar 2 zolaqlı, digər yollarda isə 3 və 4 zolaqlı olması nəzərdə tutulub.

Yenidən qurulan Balababa Məcidov küçəsində işlər tam olaraq yekunlaşdırılıb. Uzunluğu 440 metr, əvvəlki eni 7-8 metr olan küçə genişləndirilərək 15 metrə çatdırılıb. 3 hərəkət zolaqlı olan küçədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1.5 metr enində piyada səkiləri inşa edilib, üzərinə tamet daşlar döşənib. Bundan başqa yeni kommunikasiya xətləri çəkilib, yağış suları üçün drenaj xətti qurulub, küçənin asfaltlanması başa çatdırılıb.

Uzunluğu 1825 metr olan Abdulla Şaiq küçəsində kommunikasiya xətlərinin çəkilməsi və torpaq işləri yekunlaşdırılıb. Hazırda küçənin asfaltlanması işləri aparılır ki, bu işlərin də 70%-İ bitib. Əvvəllər küçənin eni 5-6 metr olub. Yenidənqurma işləri çərçivəsində küçənin hərəkət hissəsi ərazilərdən asılı olaraq 9-15 metrə genişləndirilib. Asfaltlanma işlərinə paralel olaraq hazırda küçə boyu 2 metr enində piyada səkilərinin tikintisi işləri aparılır. Küçənin 2 - 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması istiqamətində addımlar atılır. Prospekt boyunca hazırda kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır, buna paralel olaraq isə yol yataĞı inşa olunur. Layihəyə əsasən 2-5 hərəkət zolaqlı prospektdə 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11-23.5 metr təşkil edəcək.

Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrində də sürətlə işlər davam edir. Küçələrin uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Füzuli küçəsində torpaq və kommunikasiya xətlərinin tikintisi işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Hazırda küçə asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir.

Mirzəağa Əliyev küçəsində isə torpaq yatağının və kommunikasiya xətlərinin tikintisi davam etdirilir. Müvafiq olaraq burda fiziki işlərin faiz göstəricisi 75 və 80% təşkil edir.

Hər iki küçənin əvvəlki hərəkət hissəsinin eni 4-5 metr təşkil edirdi. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə çatdırılıb. Bura 15 metrenində hərəkət hissəsi və 2 metr enində piyada səkiləri daxildir.

Qeyd edək ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri qurulacaq, ictimai nəqliyyat üçün 14 ünvanda “cib”liyin və müasir avtobus dayanacaqların qurulacaq, yeraltı və yerüstü parkinq yerlərinin tikiləcək.

Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazidə aparılan bu işlərdə məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasdır.






31 Mart, 2017  15:55 Baxılıb: 1352 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner