Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Dünya

Putin ölkədəki etiraz aksiyalarına münasibət bildirib

Rusiya prezidenti Vladimir Putin ölkədə ötən bazar günü korrupsiya əleyhinə keçirilən etiraz aksiyalarına münasibət bildirib. Arxangelskdə keçirilən Arktika Forumunda çıxış edən V. Putin korrupsiya əleyhinə mübarizə məsələsinin hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasının tərəfdarı olduğunu söyləyib: "Mən şəxsən korrupsiya əleyhinə mübarizə məsələsinin hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasının tərəfdarıyam və bu problemlərə insanlar tərəfindən diqqəti hər zaman müsbət qəbul edirəm”.

Bununla yanaşı, V. Putin sanksiyalaşdırılmamış etiraz aksiyalarından kiminsə seçki öncəsi təbliğat məqsədilə istifadə etməsini yolverilməz adlandırıb: “Mən hansısa siyasi qüvvələrin hansısa siyasi hadisələr, o cümlədən ölkə daxilindəki seçki kampaniyaları ərəfəsində öz maraqları və siyasi səhnədə “raskrutkası” naminə bu üsuldan istifadə etməsini düzgün saymıram”.

Rusiya prezidenti qeyd edib ki, sanksiyalaşdırılmamış etiraz aksiyaları “ərəb baharı”na və Kiyevdə hakimiyyətin dəyişməsinə gətirib çıxarıb: “Bu hadisələrin bizim qonşumuzu, Ukraynanı hansı xaosa düçar etdiyini yaxşı bilirik”.(apa)






30 Mart, 2017  17:53 Baxılıb: 1586 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55