Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu axşam Bakı küçələrinə xüsusi zolaqlar vurulacaq

Bu axşam 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir. Bunu “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yayıb.

Onun sözlərinə görə, “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Neftçilər prospektində ("Azneft" meydanından) başlanılır.

"Bu məqsədlə axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin "Azneft" meydanından Əl Oyunları İdman Sarayına qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.

“Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkiləcək və asfalt üzərində təyin edilən yerlərdə “Bakı 2017” sözləri yazılacaq.

“Oyunlar zolağı”nın Neftçilər prospektinə ("Azneft" meydanı-Bayraq meydanı), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektilərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub", - deyə A.Nəcəfli əlavə edib.

Qeyd edək ki, “Azəravtoyol” ASC Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

Simsar.az






29 Mart, 2017  16:11 Baxılıb: 1139 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner