Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu küçədə təmir bitib

Bakı şəhərində nəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi tam olaraq təmir olunub. “Azəravtoyol” ASC-dən simsar.az -a verilən məlumata görə, küçəsinin uzunluğu 575 metr, eni isə ortalama 9,5 metr təşkil edir. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları qoyulub.

Təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Daha sonra küçənin 7 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 21 ədəd baxış qapaqları da yenilənib.

Aparılan işlər çərçivəsində mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb. Piyada səkilərinin kənarlarına 670 paqon-metr yeni səki daşları düzülüb.

Təmir işləri bitdikdən sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi, yolgöstərici xətlər çəkilməklə nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.






29 Mart, 2017  15:37 Baxılıb: 1258 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner