Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BDU-da 31 mart soyqırımı qurbanları anılıb

Bakı Dövlət Universitetində (BDU) 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən simsar.az-a verilən məlumata görə, universitetin professor-müəllim heyətinin iştirak etdiyi tədbiri açan rektor, akademik Abel Məhərrəmov Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, tarixin bütün dönəmlərində erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb. 1918-ci il 31 mart soyqırımından bəhs edən rektor ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar çarxın nümayişindən sonra Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq faktlarla ətraflı məlumat verib.

Sonda tələbələr adından Tarix fakültəsinin tələbəsi Ayan Kərimova  çıxış edib.






29 Mart, 2017  14:50 Baxılıb: 1527 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner