Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BANM-də İT seminar keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzi “İT karyeranın inkişafı” və “Elektron hökümət həllərindən istifadə” mövzular üzrə seminar keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az -a verilən məlumata görə, seminarda BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov, Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov və Ali Məktəbin tələbələri iştirak ediblər. Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov tələbələrə informasiya texnologiyaları sahəsi haqqında ətraflı məlumat verərək onların bu sahə üzrə karyera qurmaq imkanlarını qeyd etdi. O bildirdi ki, seminarın əsas məqsədi İT sahəsində karyerasını inkişaf etdirmək istəyən gənclərin peşə bacarıqlarına daha dərindən yiyələnməsini təmin etməkdir. “Bizim məqsədimiz İT sahəsini əhali arasında tanıtdırmaq, İT karyeranın qurulmasında tələbələrdə həvəs yaratmaqdır”, - R.Cabbarov deyib.

Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov təqdim olunan seminarın əhəmiyyətindən danışaraq bildirdi ki, müasir gənclərin İnformasiya texnologiyaları sahəsində karyera qurmaları üçün bu cür seminarlar çox vacibdir. O, qeyd edib ki, müasir dövrün əsas tələbi elektron resurslardan səmərəli istifadə və elektron hökumətin istifadəçisi olmaqdır.

Daha sonra Elvin Cəfərov “Elektron Hökumət” haqqında ümumi məlumat verərək qeyd edib ki, bu program müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərinin göstərilməsinə şərait yaradır.

Seminar sual-cavab sessiyası və müzakirələrlə yekunlaşıb.






29 Mart, 2017  11:49 Baxılıb: 1538 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner