Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İslam Oyunlarında tibbi yardım göstərəcək xəstəxanalar müəyyənləşib

Azərbaycan prezidentinin 18 sentyabr 2015-ci il tarixli “IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncamının icrası məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, “2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatı barədə” imzalanmış əmrə əsasən Səhiyyə Nazirliyində Təşkilat Komitəsi yaradılacaq.

Əmrlə səlahiyyətli şöbə rəhbərlərinə yarış iştirakçılarına və qonaqlara keyfiyyətli tibbi yardımın göstərilməsi məqsədi ilə Bakı şəhəri Klinik Tibbi Mərkəzinin, Bakı Sağlamlıq Mərkəzinin müəyyənləşdirilməsi, zəruri tibbi avadanlıqlar, dərman və tibbi ləvazimatlarla, həmçinin laborator  diaqnostikumlarla təmin olunması, müvafiq tibbi kadrların peşəkarlığın artırılması istiqamətində təlimlərə cəlb etmək, iştirakçı dövlətlərin nümayəndə heyətləri üçün ayrılacaq yaşayış və iaşə müəssisələrində sanitariya-gigiyenik qaydaların nəzarətə götürülməsi kimi tapşırıqlar verilib.






28 Mart, 2017  11:25 Baxılıb: 1414 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner