Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan Sənaye Bankı Mərkəzi Bank tərəfindən təltif edilib

Azərbaycanda nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi yönündə öz stabil və davamlı fəaliyyəti ilə seçilən Azərbaycan Sənaye Bankı, bu istiqamətdə daha bir mükafatla təltif edilib. Belə ki, banklar arasında maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi, elektron bankçılıq xidmətlərinin inkişaf etdirilməsi, nağdsız ödəniş alətlərindən istifadənin artırılması məqsədi ilə Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və Azərbaycan Banklar Assosasiyasının təşkilati dəstəyi ilə nağdsız ödənişlərə dair nominasiyalardan ibarət müsabiqə keçirilib. 2016-cı ildə bankomat və POS-terminal şəbəkəsi, həmçinin elektron ticarət vasitəsilə aparılan nağdsız əməliyyatların sayına görə Azərbaycan Sənaye Bankı “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə banklar arasında ilk beşliyə daxil olub. Əldə edilmiş uğurlara və bu istiqamətdə aparılan islahatlarda aktiv iştiraka görə banka təşəkkürnamə təqdim edilib.

Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcək.

Bank xidmətləri barədə ətraflı məlumatı 137 Məlumat Mərkəzinə zəng edərək, www.asb.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/asbbankaz daxil olaraq əldə edə bilərsiniz.






27 Mart, 2017  20:31 Baxılıb: 1813 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner