Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Almaniya millisinin müdafiəçisi: "Azərbaycanla oyuna laqeyd yanaşdıq"

"Qələbə seriyamızı davam etdirmək istəyirdik, lakin buna özümüzə əlavə çətinlik yaratmaqla nail olduq".

Bunu Almaniya yığmasının futbolçusu Benedikt Hövedes Azərbaycan milli komandasını 4:1 hesabı ilə yendikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra yerli mətbuata açıqlamasında deyib. Almaniyanın "Şalke" klubunda forma geyinən 29 yaşlı müdafiəçi bildirib ki, oyuna bir qədər laqeyd yanaşıblar. Hövedesin fikrincə, görüş məhz bu səbəbdən çətin alınıb: "Düşünürəm ki, oyuna bir qədər laqeyd yanaşdıq və tam köklənə bilmədik. Bu səbəbdən, işimizi çətinə saldıq". Qeyd edək ki, Almaniya yığması 5 turdan sonra 15 xalla C qrupunda liderliyini davam etdirir. Aktivində 7 xal olan Azərbaycan millisi isə 1 pillə geriləyərək, 4-cü sıraya düşüb.






28 Mart, 2017  10:16 Baxılıb: 1907 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner