Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayeva Malatyada Türk gəncliyinə çağırış edib

Millət vəkili Qənirə Paşayeva Çanaqqala Savaşının 102 ildönümündə Malatyada İsmət İnönü Üniversitetində geniş məruzə çıxış edib. Malatyada İsmət İnönü Üniversitetinin və Temel Eğitim Topluluğunun dəvətiylə “Çanaqqala Savaşı və Türk Dünyasına təsirləri" mövzusunda konfransda çıxış edən millət vəkili Q.Paşayeva universitetin “Turgut Özəl Konqress Mərkəzini” dolduran 1000 nəfərlik coşqulu bir tələbə topluluğuna səsləndi.

Konfransda çıxış edən prof. Dr. Mesut Aydın Çanaqqala Savaşlarının səbəbləri və nəticələri mövzusunda ətrafı danışdı. Yazar İmdat Avşar isə I. Dünya Müharibəsi əsnasında Sarıqamışda iqlim şərtləri səbəbindən məğlubiyyətə uğrayan Osmanlı ordusunun ruslara əsir düşən əsgərlərindən, onların taleyinden, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətindən və Qardaş Köməyi jurnalından bəhs etdi.

Azərbaycan türkləri ilə Anadolu türklərinin birlik və dayanışmalarını dilə gətirdi. Onlardan sonra kürsüyə gələn millət vəkili Qənirə Paşayeva:

“Türk Dünyasının önündə çeşidli sorunlar var. Bu sorunları aşmaq üçün, içində olduğumuz yüzili “Türk əsri” emək üçün “birlik və bərabərlik içində” olmağımız gərəkdir. Çanaqqala bu baxımdan bizə örnək ola bilər. Çünkü Çanaqqala Savaşına Türk Dünyasının dört bir tərəfindən gələn gknüllülər də qatılmıştı. Krımdan, Təbrizdən, Dağıstandan, Kərkükdən, Kiprdən, Balkanlardan vətənin müdafiəsinə gələn minlərlə gəncin içində əlbəttə yüzlərlə azərbaycanlı vətən övladları da vardı. Çanaqqalada yüzlərlə azərbaycanlı şəhidimiz var. Türk Dünyasının hər yanından şəhidlərimiz var. Çanaqqalada Türk millətini zəfərə daşıyan da bu milli birlik ruhu idi. Bu gün Türk dünyasının müxtəlif yerlərində qanayan yaralar var. O cümlədən Qarabağ Türk dünyasının həllini gözləyən önəmli məsələlərindən biridir və məncə bu məsələnin həlli üçün də yeni bir Çanaqqala ruhuna ehtiyac var. Əminəm ki, Çanaqqalada vətənin bir qarış toprağını verməmək üçün ölümü heçə sayan Türk gənclərinin yaratdığı bu milli birlik ruhu Ermənistandan tərəfindən işğal edilmiş Azərbaycan toprpaqlarını işğaldan azad etmək üçün də eyni ruhu yenidən dirildəcəkdir”.

Millət vəkili Qənirə Paşayeva gənclərə Ermənistanın işğalçılıq siyasəti, Xocalı Soyqırımı barədə də geniş məlumatlar verərək erməni yalanlarına qarşı mübarizədə fəal olmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva konfransdan sonra tələbələrlə görüşərək İmdat Avşar ilə birlikdə hazırladığı “Karabağ Hikayeleri” və Türkiyədə çıxan son kitabı “Vatan Kokusu”adlı kitablarını gənclər üçün imzalayaraq hədiyyə etdi.

 






27 Mart, 2017  14:57 Baxılıb: 1519 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner