Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb

Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 590,35 mln. kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,7% azdır. "APA-Economics" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarına Tənzimlənməsi üzrə Qurumunun (EPDK) açıqladığı statistikada qeyd edilib.

Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Azərbaycan Türkiyəyə 594,46 mln. kubmetr təbii qaz ixrac edib.

Yanvarın sonuna ola göstəricilərə əsasən, Türkiyənin qaz idxalında Azərbaycanın payı 9,98%-dir. Ötən ilin yanvar ayında bu göstərici 11,02% olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyəyə ümumilikdə 5 mlrd. 914,34 mln. kubmetr təbii qaz idxal edilib. Türkiyəyə qaz idxal edən ölkələrin siyahısına Rusiya başçılıq edir. Yanvarda şimal qonşumuz Türkiyəyə 2 mlrd. 829,41 mln. kubmetr təbii qaz nəql edib. İkinci yerdə qərarlaşan İran qardaş ölkəyə 789,58 mln. kubmetr qaz satıb. Üçüncü yerdəki Əlcəzair Türkiyəyə 636,6 mln. kubmetr təbii qaz ixrac edib.

 






27 Mart, 2017  13:43 Baxılıb: 1529 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner