Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Həsən Məmmədov kim idi?

Əsl sənətkar, gözəl insan yoxsa,Allahın seçilmiş bəndəsi?

DOSYE: Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda anadan olub. Doğulduğu rayonda 2-saylı orta məktəbə daxil olub və 1956-cı ildə həmin məktəbi bitirib. İndiki Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə daxil olub. 2-ci kursdan universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr institutunun dram və kino aktyorluğu fakultəsinə daxil olub. 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirib. Teatr və kino sahəsində göstərdiyi xidmətlərə görə o, Azərbaycan Respublikasının əməkdar və xalq artisti adlarına layiq görülüb. Aktyor 2003-cü il 26 avqustda vəfat edib. 

Baxışlarındakı məna, səsindəki həlimlik, çöhrəsindəki mülayimlik onun necə mehriban sadə və sakit bir insan olduğundan xəbər verir. O, milli kinomuzun aparıcı və əvəzsiz aktyorlarından olub. Söhbət 100-ə yaxin filmdə irili-xırdalı rollar yaradan, “Böyük dayaq” filmi ilə kinoda ilk böyük rolunu oynayan Həsən Məmmədovdan gedir. Qaraş onun ilk böyük roludur. Bu obrazı yaratmaqla H.Məmmədov aktyorluq sənətində böyük imkanları oldugunu sübut etdi. Yaratdıgı rolların xarakterik xüsusiyyətləri həm də həmin obrazların qəhrəman insanlardan ibarət olması idi...

“Unudulmuşlar” - əbəs yerə rubrikanın adı belə seçilməyib. Bu rubrikada haqqında söz açdıgımız insanlar sözün həqiqi mənasında bu gün unudulublar. Elə Həsən Məmmədov kimi. Görəsən niyə yaddan çıxıb bu əvəzolunmaz aktyor? Niyə televiziya kanalları, mətbuat orqanlarında onun haqqında danışılmır, göstərilmir? Əslində bu cür cəmiyyətdə Həsən Məmmədov kimi insanlar elə unudulmalıdır deyəsən, başqa cür ola da bilməz. Əgər bu gün anti-sənətkarlıqla məşğul olan insanlar efirlərimizi tutublarsa, məncə başqa sözə ehtiyac yoxdur. Efirlərimizə kənardan baxanda adam xəcalət çəkir. Səviyyə aşağı, insanların düşüncəsi, fikirləri, və mədəniyyətləri isə primitiv. Deyəsən çox uzaga getdim, özüm də bilmədən mövzudan uzaqlaşdım. Mən də unutdum bir anlıq iti baxışlı Abasqulu bəyi, təmkinli Bəxtiyarı, ürəyi sevgi dolu Qaraşı, sadə neftçi Muradı...

Mənim üçün Həsən Məmmədov çox ciddi və sənətini sevən birisi kimi yadda qalıb. İlk yaradıcılığa teatrdan başlayan Həsən müəllim deyəsən teatr sahəsində öz rejissorunu tapa bilmədi və kinoya üz tutdu. Bir zamanlar rus rejissorların Azərbaycana axın etdiyi və öz həmvətənlərimizi deyil əcnəbi aktyorların Azərbaycan filminə çəkildiyi bir vaxtda Həsən Məmmədov sənəti ortaya çıxdı. Rejissorlar bu böyük aktyorun film üçün yarandığını və çox patensiallı olduğunu gördülər.
O, həyatda çox sadə, gördüyü işlə lovğalanmayan, heç kəsin qəlbinə toxunmayan bir insan kimi yaşayıb. Gecikən çəkilişləri səbirlə yola verib, uşaq kimi kənarda oturub sakitcə öz vaxtını gözləyib deyirlər. Onu heç nə yormayıb, heç nə usandırmayıb...

Çəkildiyi filimlərin əksəriyyəti, keçmiş sovet dönəminin tələblərinə uyğun hazırlanan filimlərdir. Ancaq rejim də bu böyük sənətin qarşısında aciz qalib. H.Məmmədov sözügedən rollarda yenə də milliliyi, Azərbaycan kişisinə xas olan sifətləri qoruyub saxlayıb...

Düşünürəm Həsən Məmmədov sağ qalsaydı, o da bu gün digər aktyorlar kimi Azərbaycan kinosunun xiffətini çəkəcəkdi. Baxmayaraq ki, o dövlət tərəfindən layiqli adını, həm də Azərbaycan xalqının sevgisinin qazanıb. Amma nə yazıq ki, bu gün Azərbaycan gəncləri və yetişməkdə olan gənclik Həsən Məmmədovu tanımır. O gənclər ki, H.Məmmədovu tanıyır deməli onlar tariximizə biganə deyil, sənətimizə hörmət edir. O gənclər ki, tarixini, dünənini tanımır deməli bədbəxtdirlər.

Həsən Məmmədov kimi insani keyfiyyətlərlə zəngin olan bir aktyor bəlkə də daha dünyaya gəlməyəcək. O, Allahın seçilmiş bəndəsi idi. Düzdür Həsən Məmmədovdan öncə də dahi aktyorlarımız olub. Amma gerçəyi inkar etmək olmaz. Bu gün hər şeydən çox düz sözə ehtiyacımız var. Həsən Məmmədov unudulmağa layiq sənətkar deyil. Onu unutmaq tariximizi, kökümüzü, özümüzü unutmaq deməkdir. Əgər bu gün H.Məmmədov yoxdursa, onun davamçılarını yaratmaq lazımdır. Onun rol aldığı kinolar, aktyorluq sənətinə gələn gənclər üçün bir məktəbdir.

Həsən Məmmədovu bizimlə bərabər xatırladılar:

Xalq artisti Rasim Balayev,
Əməkdar artist Elxan Qasımov,
Əməkdar artist Əbdül Mahmudov.

Sevinc Vəliyeva








1 İyun, 2011  16:57 Baxılıb: 3320 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner