Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Beynəlxalq Teatr Günüdür

Bu gün dünyada teatr sənəti xadimlərinin peşə bayramı - Beynəlxalq Teatr Günü qeyd edilir. Simsar.az xəbər verir ki, bu təşəbbüs ilk dəfə Helsinkidə, daha sonra 1961-ci ildə Vyanada, Beynəlxalq Teatr İnstitutunun (ITI) IX Ümumdünya Konqresində səsləndirilib. O vaxt görkəmli teatr xadimi, ITI-nin Finlandiya Mərkəzinin prezidenti Arvi Kivimaa başçılıq etdiyi qurum adından bu bayramı təsis etmək təklifini irəli sürüb.

Təklif Skandinaviya ölkələri tərəfindən dəstəklənmiş və konqresdə qəbul olunub.

O vaxtdan etibarən martın 27-i (həmin gün “Millətlər teatrı” Ümumdünya Teatr Festivalının Paris mövsümünün təntənəli açılışı olmuşdu) bütün dünyada Beynəlxalq Teatr Günü kimi qeyd edilir.

Hazırda dünyanın təqribən 100 ölkəsində fəaliyyət göstərən ITI-nin milli mərkəzləri buna geniş dəstək göstərirlər.

Milli mərkəzlər UNESCO-nun himayəsi altında ən sanballı beynəlxalq qeyri-hökumət təşkilatının – Beynəlxalq Teatr İnstitutunun ideallarını həyata keçirməklə, qurumun nizamnaməsində təsbit olunmuş başlıca məqsədə - teatr sənəti nəzəriyyəsi və təcrübəsi sahəsində beynəlxalq mübadilələrin dəstəklənməsinə, teatr xadimləri arasında yaradıcılıq prosesinin təşviqinə və əməkdaşlığın möhkəmlənməsinə, inkişafın gələcək mütləq şərti kimi yaradıcılığın dəstəkləməsi zərurətinin cəmiyyətə aşılanmasına, xalqlar arasında sülhün və dostluğun möhkəmləndirilməsi naminə qarşılıqlı anlaşmanı dərinləşdirməyə, UNESCO ideallarının və məqsədlərinin müdafiəsinə öz töhfələrini verməyə nail olurlar.






27 Mart, 2017  10:14 Baxılıb: 1904 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner