Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

İdman

AFFA 25 illiyini qeyd edir

Martın 26-sı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) üçün əlamətdar tarixdir. Ölkəmizin ali futbol qurumu məhz bu gün 25 illik yubileyini qeyd edir.

1992-ci il martın 26-da yaradılan AFFA ölkəmizdə futbolun idarə edilməsini həyata keçirən, ona nəzarət edən təşkilatdır. Onun əsas məqsədi futbolun inkişafına və ölkədə populyarlaşmasına nail olmaqdır. AFFA 1994-cü ildə FİFA və UEFA-ya üzvü seçilib və bununla da klublarımızla yığmalarımızın beynəlxalq miqyaslı oyunlarda çıxış etmələrinə imkan yaranıb.

AFFA respublikamız müstəqillik əldə etdikdən az sonra təsis edilsə də, onun cavabdehlik daşıdığı Azərbaycan futbolu uzun illər dərin böhran içində olub. Bu, qurumun ilk prezidenti olan Fuad Musayevin dövrünə - 1992-2003-cü illərə aiddir. Futbol ictimaiyyətinin AFFA rəhbərliyi ilə ədalət uğrunda mübarizəsi nəticəsiz qaldığına görə klublar etiraz əlaməti olaraq 2012-ci ilin aprelində 11-ci milli çempionatı dayandırdılar. Sonradan çempionat xüsusi Təşkilat Komitəsinin nəzarəti altında davam etdirilsə də, AFFA rəhbərliyi nəticələri tanımadı. Nəticədə ölkə futbolumuz FİFA və UEFA-nın 2 illik sanksiyasına məruz qaldı və klublarımız 2002/03 cə 2003/04 mövsümlərində Avropa miqyaslı turnirlərdə iştirak etməkdən məhrum oldular. 2003-cü ildə futbol klublarının, AFFA nümayəndələrinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Ədliyyə Nazirliyinin, FİFA-nın və UEFA-nın iştirakı ilə Sürix müqaviləsi imzalandı, AFFA-nın yeni Nizamnaməsinin layihəsi hazırlandı. Futbol klubları AFFA bayrağı altında oynamağa razılıq verməyi ilə milli çempionatımız bərpa olundu. 2003-cü il dekabrın 29-da AFFA-nın növbəti VI hesabat-seçki konfransı keçirildi, yeni Nizamnaməyə əsasən demokratik yolla AFFA-nın rəhbər orqanları – yeni prezidenti Ramiz Mirzəyev seçildi. Həmin gündən Azərbaycan futbolunun inkişafında yeni mərhələ başlandı. Mirzəyevin 2007-ci ilin oktyabrında vəfatından sonra AFFA İcraiyyə Komitəsinin dekabrın 4-də keçirdiyi iclasın qərarına əsasən prezident səlahiyyətlərinin icrası vitse-prezident Elşad Nəsirova həvalə olundu. AFFA-nın 14 mart 2008-ci il tarixdə keçirilmiş növbədənkənar Konfransında isə Rövnəq Abdullayev qurumun 3-cü prezidenti seçildi. O, ötən ilin martın 11-də keçirilən növbəti hesabat-seçki Konfransında yekdilliklə 3-cü dəfə prezident seçildi.
AFFA-nın tabeçiliyində olan əsas qurum İcraiyyə Komitəsi (İK) sayılır. Hər halda, futbolumuzla bağlı əsas qərarları bu komitə verir. Abdullayevin sədrlik etdiyi İK-nın onunla birgə 11 üzvü var. Bunlar, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Qurban Qurbanov, Kazbek Tuayev, İsgəndər Cavadov, Mahir Məmmədov, Elmar Məmmədyarov, Zaur Axundov və Firudin Qurbanovdur.

AFFA rəhbərliyini yubiley münasibətilə təbrik edir, ona futbolumuzun inkişafı yolunda uğurlar arzulayırıq.(apa)






Aliexpress INT
26 Mart, 2017  11:15 Baxılıb: 393 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
21 Oktyabr, 2017  10:49

21 Oktyabr, 2017  10:29


20 Oktyabr, 2017  21:39


20 Oktyabr, 2017  09:39

20 Oktyabr, 2017  09:35


20 Oktyabr, 2017  09:21

20 Oktyabr, 2017  08:18




19 Oktyabr, 2017  14:20


19 Oktyabr, 2017  13:06


19 Oktyabr, 2017  11:31


19 Oktyabr, 2017  10:09

19 Oktyabr, 2017  09:54

19 Oktyabr, 2017  09:51




18 Oktyabr, 2017  12:49





18 Oktyabr, 2017  10:03



17 Oktyabr, 2017  12:34





17 Oktyabr, 2017  10:09




16 Oktyabr, 2017  12:31


16 Oktyabr, 2017  09:02