Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sami Yusuf: "Çox heyif ki, mahnıda mədəniyyət, milli musiqi alətləri yoxdu"

Simsar.az xəbər verir ki, məşhur müğənni Sami Yusuf bu gün Heydər Əliyev adına sarayda konsert verəcək. Konesrtdən əvvəl media nümayəndələri ilə görüşən sənətçi onların suallarını cavablandırıb.  "Bu gün burada iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Novruz bayramınız mübarək olsun. Hər zaman dediyim kimi Azərbaycanın mənim qəlbimdə xüsusi yeri var və burada çıxış etdiyim üçün fəxr edirəm" deyən dünya şöhrətli ifaçı yaradıcılığında daha çox adət-ənənələrə, mədəniyyətə üstünlük verdiyini söyləyib. Müğənni daha sonra xalq artisti Alim Qasımovla eyni səhnəni bölüşüb-bölüşməyəcəyi sualını cavablandıraraq bildirib ki, konserti izləməyə gələnlərə xoş sürpriz yaşadacaq. Konfrans zamanı müğənni "Eurovision" mahnı müsabiqəsində Ermənistan təmsilçisini dəstəkləməsi barədə yayılan xəbərlərin yalan məlumat olduğunu deyib: " Bu barədə yazılan xəbərlər yalandır.  Məndən Azərbaycanın "Eurovision"da təmsil olunduğu mahnı barədə soruşulub. Cavab olaraq bildirdim ki, çox heyif ki, mahnıda mədəniyyət, milli musiqi alətləri yoxdur. Ermənistan isə çox təəssüf ki, bacardıqları qədər milliliyə üstünlük verirlər.

Konfransda "Velizade Production"nın rəhbəri Tural Vəlizadə  də konsert barədə danışıb: "Sami Yusuf nəinki ölkəmizdə bütün dünyada sevilən ifaçıdır. Sizə deyim ki, bu konsertlə bağlı yalnız paytaxtımızdan deyil, respublikamızın bütün bölgələrindən zənglər gəlir. Hər kəs bu konsertdə iştirak etmək istəyir. İnşallah gələcəkdə Sami Yusufun konsertini 25 minlik zalda təşkil etmək fikrim var".

Cəmilə Məmmədova






22 Mart, 2017  12:46 Baxılıb: 2087 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner