Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elmar Məmmədyarov Latviya prezidenti ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Latviya prezidenti Raymonds Veyonislə görüşüb. XİN-in mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, görüşdə Azərbaycanla Latviya arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edilib və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün siyasi iradənin mövcud olduğu vurğulanıb, habelə sənaye, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, təhsil və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Raymonds Veyonis iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub.

Nazir E. Məmmədyarov Avropa İttifaqı Şurası tərəfindən Azərbaycanla strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə aparılan danışıqlar barədə məlumat verib. Latviya prezidenti isə ölkəsinin Azərbaycanın Aİ ilə əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini vurğulayıb.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Latviya prezidentinə minnətdarlıq ifadə edib.






17 Mart, 2017  17:31 Baxılıb: 1771 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner