Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mehmet Akif Ersoy yad edildi

Yunus Emre İnstitutunun təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mehmet Akif Ərsoyun anım mərasimi keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Şimali Kipr Türk Respublikasının ölkəmizdəki  beşinci səlahiyyətli səfiri Ufuk Arca Turganer, millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı və Hikmət Babaoğlu iştirak ediblər. Azərbaycan və Türkiyənin dövlət  himnlərinin səsləndirilməsindən sonra söz səfir E.Özoral verilib. O, İstiqlal marşının müəllifi, dahi şair Mehmet Akif Ərsoyu hörmət və sevgi ilə yada salaraq, o dövrdə Türkiyənin üzləşdiyi çətinliklərdən danışıb: “1920-ci ildə İstiqlal marşı üçün müsabiqə təşkil edilmişdi. Şairin ürəyində vətən sevgisi o qədər qüvvətli idi ki, 500 lirəlik mükafat vəd edildiyinə görə əvvəlcə belə bir yarışmaya qatılmaq istəmədi. Lakin onun yarışmaya qatılması üçün kənardan çoxlu istək və təkid edilirdi. Nəhayət, şair yalnız bir şərtlə qatıla biləcəyini söylədi. Müsabiqəni qazandığı təqdirdə 500 lirəlik mükafı götürməyəcəkdi". Millət vəkili Q.Paşayeva da çıxışında Mehmet Akif Ərsoy yaradıcılığından danışaraq may ayında Tovuz rayonunda da belə bir tədbirin keçiriləcəyini söylədi. "Həm Türkiyənin, həm Azərbaycanın istiqlal üçün verdiyi şərəfli mübarizəsindən danışan millət vəkili, hər iki qardaş ölkənin istiqlaliyyətinin əbədi olmasını diləyib.

Bakı Yunus Emre İnstitutunun rəhbəri İbrahim Yıldırım, isə öz çıxışında  İstiqlal marşının qəbul edilməsinin 96-cı ildönümü olduğunu xatırladaraq, istiqlal şairi Mehmet Akif Ərsoyun timsalında bütün istiqlal şəhidlərinin xatirəsini hörmətlə yad edib. İntitut rəhbəri bildirib ki, Mehmet Akif Ərsoy sadəcə, istiqlal şairi deyil, o bir ideyanın, dünyagörüşünün də müəllifi, yol göstərənidir.

Tədbirin ikinci hissəsində dahi şairin “İstiqlal Marşı”, “Atiyi qaranlıq görərək əzmi bırakmak”, “Çanaqqala şəhidlərinə” adlı şeirləri səsləndirilib. Novruz Novruzlu və Savalan qrupunun ifasında Yəmən türküsü ifa edilib. Tədbir əməkdar artist Pərviz Məmmədrzayev tərəfindən hazırlanan Pantomim teatr tamaşası ilə yekunlaşıb.

Simsar.az






16 Mart, 2017  12:12 Baxılıb: 1732 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner