Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gözəllik müsabiqəsinin qalibi də azadlıqda

“Həbsdən azadlığa çıxmaq elə hissdir ki, bunu sözlərlə ifadə etmək çətindi. Hələ də şokdayam və azadlıqda olduğuma inanmıram”.

Simsar.az xəbər verir ki, bunu Report-a açıqlamasında əfv sərancamı ilə azadlığa buraxılan Azərbaycanın gözəllik müsabiqəsinin keçmiş qalibi, model Qalina Babayeva deyib.

O qeyd edib ki, ev oğurluğu hadisəsinə görə məhkum olunub və 9 il müddətinə azadlıqdan məhrum edilmişdi: “Cəzamın bitməsinə 3 il 7 ay qalmışdı. Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında adımın olduğunu eşidəndə çox sevindim. Buna görə dövlət başçısına dərin təşəkkürümü bildirirəm. Bu Novruz bayramı bizim ailə üçün ikiqat bayram oldu”.

Qeyd edək ki, Q.Babayeva 2002-ci ildə Türkiyədə keçirilən “Miss Şarm Azərbaycan-2002”nin qalibi seçilib. O, müsabiqədə qalib gəldikdən sonra jurnallarda fotosessiyalara çəkilib. Q.Babayeva daha sonra sponsoru olduğu şəxsin evindən qızıl-zinət əşyaları oğurlayıb. O, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.






17 Mart, 2017  15:33 Baxılıb: 1639 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner