Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Özünü “ASAN”ın işçisi kimi təqdim edən şəxs tutuldu

Özünü “ASAN xidmət”in vəzifəli şəxsi kimi təqdim edərək dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Baş Prokurorluqdan Simsar.az-a verilən məlumata görə, Bakı şəhər sakini Zöhrab Paşayev özünü “ASAN xidmət” mərkəzinin vəzifəli şəxsi kimi təqdim edib, saxta sənədlərdən istifadə edərək 2017-ci ilin yanvar ayı ərzində iki vətəndaşı mərkəzə işə düzəldəcəyi adı ilə aldadıb 13 min 600 manat məbləğində pulu ələ keçirib.

Z.Paşayevə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, istintaq zamanı Z.Paşayevin özünü dövlət orqanlarının vəzifəli şəxsi, habelə məhkəmələrdə hüquqşünas kimi təqdim edərək beş epizod üzrə saxta məhkəmə qərarları, o cümlədən dövlət ştampı, möhür və blankarından istifadə edərək ayrı-ayrı şəxsləri aldadıb onlara məxsus 10 min 660 manat məbləğində pulu ələ keçirməsinə dair sübutlar əldə olunub.

Hazırda Z.Paşayevin törətdiyi digər əməllərin araşdırılması, eləcə də cinayətin digər iştirakçılarının müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbiləri davam etdirilir.






17 Mart, 2017  13:33 Baxılıb: 1584 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner