Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Beynəlxalq Bankda yeni təyinatlar olub

Azərbaycan Beynəlxalq Bankının (ABB) menecment komandasına daha 2 yeni şəxs qoşulub. Emil Qədimov Bankın İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. Bu vəzifədə o, filialların idarə edilməsi məsələləri ilə məşğul olacaq.

Simsar.az bu barədə Banka istinadən xəbər verir.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olmuş E.Qədimov bank sektorunda 2003-cü ildən fəaliyyət göstərir - “Unibank” ASC-də,“Bank Standard” QSC-də, “Nikoil Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb. Son təyinata qədər ABB-nin "Səbail" filialının müdiri vəzifəsini müvəqqəti icra edib.

Elvin Məmmədov isə Bankın Problemli kreditlərlə iş Departamentinin direktoru vəzifəsinə təyinat alıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş E.Məmmədov bank sektorunda 2006-cı ildən çalışır - “Bank of Baku” ASC, “Unibank” ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Son təyinata qədər “Azər-Türk Bank” ASC-nin Problemli kreditlər Departamentinin direktor müavini olub. O, ABB-nin Problemli kreditlərlə iş Departamentinin direktoru vəzifəsində Akif Əliyevi əvəz edib. A.Əliyev isə Bankın İdarə Heyəti sədrinin müşaviri təyin olunub.






16 Mart, 2017  12:31 Baxılıb: 1900 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner