Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İradə Nurəddinqızı: "Axı sən kimsən, Kamil Zeynallı?"

 

Uşaqlıqda sevdiyim tamaşalardan idi "Qatarda" televiziya tamaşası. Allah böyük sənətkarlarımıza rəhmət eləsin.  İsa Məlikzadənin ssenari müəllifi olduğu tamaşada hadisələr qatarda baş verir əgər xatırlayırsızsa. Yol gedən sərnişinlərin çoxu isə Dadaşov familiyalı bir şəxsə hörmət göstərməyə, ona yarınmağa çalışırlar. Məqsədim çoxlarınızın baxdığı "Qatarda" televiziya tamaşasını danışmaq deyil. Sözümün Mustafası var. Məlum məsələdir ki, sosial şəbəkələr artıq həyatımızın tərkib hissəsi olub. Hər kəsin bu şəbəkədən istifadə etməyə haqqı var. Mən də bir sosial shəbəkə istifadəçisi kimi olub-bitənlərin çoxunu oradan izləyirəm. Hətta deyim ki, xəbər belə oxumaq istəyən sosial şəbəkəyə baxır, nəinkli hansısa saytı açıb oxuyur. Xülasə, çoxdandır bir "idmançı" ilə bağlı ard-arda xəbərlərin paylaşıldığının şahidi oluram. Nə bilim, "İdmançı Kamil Zeynallı jurnalisti təhqir elədi", "Kamil Zeynallı aparıcı xanımı yıxıb sürüdü", "İdmançı Kamil Zeynallı od püskürdü" kimi başlıqlı xəbərlər çox saytların manşetlərini bəzədi. Düşündüm yəqin bu Kamil olimpia çempionudur mən tanımıram. Hələ özümü qınadım da. 13-14 il mətbuatda olasan çempionumuzu tanımayasan? İstədim manşetlər və instagram qəhrəmanı ilə yaxından tanış olum. Görüm bu "idmançı" Vətənimiz, xalqımız üçün hansı fədakarlıqları edib. Bayrağımızı neçə dəfə birinciliklərdə dalğalandırıb, ona görə neçə ölkədə himnimiz neçə dəfə səslənib? İnanın söyüş və təhqirlərdən ibarət status və qısa videolardan başqa heç nə tapa bilmədim. Bir də sən demə bu Kamil Zeynallı heç idmançı da deyilmiş. Vallah idmançı dediyin bir yarış görər, turnir görər, medal görər, kəmər görər də. Mən bu Kamil haqqında belə bir məlumata rast gəlmədim. Bəzi mənbələrdə oxudum ki, bir çox tanınmış şou - biznes nümayəndələri və bəzi tv aparıcılarını arıqlatmaqla məşgul olub. Lap dərinə getdim ki, bəlkə bu şəxs arıqlama uzmanı, sağlam qida uzmanı yaxud, dietoloq falandır. Sən demə bu heç uzman da deyilmış.  Bu arada "Yol əhvalatı" filmi də yadıma düşdü...

Bəs axı kimdi bu Kamil Zeynallı? Məni tanıyanlar bilir ki, hörmətdə heç vaxt qüsur etmərəm. Hər kəsə bir insan kimi hörmətim var. Amma "idmançıyam" deyib özünə ictimai mühitdə loru dil ilə desək xal yığan bu şəxs İdman sahəsində kifayət qədər uğurlu addımlar və layihələr atıldığı bir zamanda məncə idman adını batıranlardandır. Bu adam kimi istəyir sosial şəbəkədir deyib söyür, kimi istəyir hədələyir. Maraqlıdır hüquq -mühafizə orqanları sosial şəbəkə qoçusunun "fəaliyyətindən" xəbərsizdir? Gənclər və İdman Nazirliyi hara baxır? Dünyaca məşhur olan çempionlarımız, idaman ustaılaraımız, bu sahənin müəllimləri hara baxır? Niyə bu Kamil Zeynallıya qarşı bir tədbir görülmür? Bu insan adi sosial şəbəkələrdən istifadə qanunlarını bilmir. İnsanların şərəf və ləyaqətini təhqir edir. Yeniyetmə və gənc nəslin daha çox istifadə etdiyi sosial mediada bu nəslin düşüncə və zehniyyətini korlayır, tərbiyəsinə xələl gətirir. Əziz Kamil Zeynallı, idmançı demək yüksək mədəniyyətə sahib olmaq, ədəb və ərkanı ilə nümünə olmaq, el gözündə sözün əsl mənasında qəhrəman, igid olmaq deməkdir. Söyüşü küçədə əyyaş həyatı yaşayanlar da söyür. Əgər bacarırsansa nümünə ol. Bacarmırsansa, "idmançıyam" deyib fəxr etdiyimiz idmançılarımızın abrını aparma!

 






15 Mart, 2017  13:18 Baxılıb: 2883 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner