Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Sabah Bakıda AŞPA-nın komitə iclası keçiriləcək

Sabah Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası keçiriləcək.

AŞPA-nın saytı xəbər  verir ki, iclasda iştirak etmək üçün AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda da Azərbaycana gələcək.

Milli Məclisdə keçiriləcək iclasın açılış mərasimində komitənin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edəcək.

Daha sonra xarici işlər naziri Elmar Məmmədyarov, təhsil naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət Miqrasiya Xidmətinin rəisi Firidun Nəbiyev, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç,  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Furio de Angelisin iştirakı ilə müzakirələr nəzərdə tutulur.

İştirakçılar daha sonra Müşviqabad qəsəbəsində qaçqınlar və məcburi köçkünlər üçün salınmış yaşayış qəsəbəsinə baş çəkəcək, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovla görüşəcəklər.

İclas martın 16-da da davam etdiriləcək, müxtəlif məruzəçilərin hesabatları dinləniləcək.(apa)






14 Mart, 2017  11:38 Baxılıb: 1185 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner