Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Albert Eynşteynin doğum günüdür

Bu gün dünya şöhrətli alim, nəzəriyyəçi fizik, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı, ictimai xadim Albert Eynşteynin doğum günüdür. Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniyada yəhudi aliəsində doğulub. Eynşteyn 3 yaşına qədər danışa bilməyib, ilk məktəb illərində dərslərdə çox geridə qalıb. Həmişə müəllimləri onun valideynlərinə Albertdən şikayət edib. 9-10-cu siniflərdə isə çox yaxşı oxuyub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-ci ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir. Bir qızı və iki oğlu dünyaya gəlir.

İkinci dünya müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. Albert Eynşteyn Haim Ueytsman ilə Qüds Universitetində birgə çalışır. 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verir. "Xirosima" və "Naqasaki" faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dakı bir çox universitetlərdən fizika və tibb sahələrində fəxri doktor dərəcəsini almağa haqq qazandırır.Çalışmaları nəticəsində bir çox mükafatlar alır. Bunlar arasında "Kopli Nişanı" (1925) və "Franklin Nişanı" (1935) da var idi. 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatı na layiq görülür. Albert Eynşteyn 18 aprel 1955-ci ildə Prinstonda vəfat edir.Nisbilik nəzəriyyəsi və xüsusilə, cisimlərin Kütlə və enerjinin ekvivalentliyi arasındakı məşhur E=mc² münasibətinə görə məşhurdur. 1921-ci ildə Nəzəri fizika elmində xidmətlərinə və ələxsus fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Broun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, aşağı radiasiya sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Foton nəzəriyyəsi) və digər elmi tədqiqat işlərini göstərmək olar.

Qeyd edək ki,Enşteyn öldükdən sonra elmə olan töhfələrinə görə bütləşdirilməsini istəmirdi. Buna görə də ailəsi onun cəsədinin yandırılması qərarına gəlmişdi. Həmin gecə xəstəxanada Harvey növbətçi olub. Harvey cəsədi yandırmaq üçün hazırlayıb, beynini isə gizlədərək özü ilə evə aparıb.

Beyni oğurlanan Enşteynin ailəsi şoka düşüb. Hökümət də daxil olmaqla hamı beyinin geri qaytarılmasını tələb etsə də Harvey bunu qəbul etməyib. Buna görə onu işdən çıxarıblar. Harvey beyini yalnız elmi təqdiqatda istifadə edəcəyinə söz verdikdən sonra ailəsi iddialardan əl çəkib. Enşteyinin bədəninin qalan hissəsi isə yandırılaraq külləri yerə səpilib.

Onun beyni müxtəlif beyin mütəxəssisləri tərəfindən tədqiq edilib və belə nəticəyə gəlinib ki, Albert Enşteynin beyni normal insan beynindən bəzi hüceyrələrinin çox olması ilə fərqlənir. Enşteynin beyni 53 il sonra oğurlandığı Priston xəstəxanasına qaytarılıb və Hervey bundan üç il sonra özü də vəfat edib.






14 Mart, 2017  10:30 Baxılıb: 1822 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner