Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Həkim səhvinə görə belə olmuşam” - “Eurovision”nun əlil iştirakçısı

Xəbər verdiyimiz kimi, Rusiyanı “Eurovision-2017”da əlil müğənni Yuliya Samoylova təmsil edəcək.

27 yaşlı sənətçi yarışma barədə müsahibə verib.

“Çox xoşbəxtəm, həmçinin şokdayam. Bunun həqiqət olduğuna inana bilmirəm”- deyə ifaçı bildirib.

Yuliya deyib ki, oxuduğu “Layt” adlı mahnını sevgilisinə həsr edib:

“Uzun illərdir ki, Aleksey Taranla bir aradayıq. Mahnı da öz taleyim, bu yerə çatana kimi çəkdiyim əziyyətlərdən bəhs edir. Bu mahnını da sevgilimə həsr edəcəm”.

1-ci qrup əlil olan Samoylova həkimlərin səhvi ucbatından əlil arabasına məhkum olduğunu söyləyib:

“Uşaqlıqda həkim səhvi ucbatından belə olmuşam. 1 yaşım var idi, həkimlər peyvənd vurdular, nəticəsi belə oldu. Ailəm heç vaxt məndən utanmayıb. Yaxınlarımız valideynlərimə deyirdi ki, növbəti övlad dünyaya gətirin, gəncsiniz.

Ancaq onlar inadkar oldular, məndən başqa uşaq istəmədilər. Bu halıma görə heç vaxt üsyan etməmişəm. Yarışmaya hazırlaşanda mənə dedilər ki, sən səhnəlik deyilsən, araba sənə maneə olacaq. Belə səhnəyə çıxa bilməzsən”.

Qeyd edək ki, “Eurovision-2017”nin yarımfinalları 9-11 may tarixlərində, final isə mayın 13-də baş tutacaq.(qafqazinfo)






13 Mart, 2017  12:07 Baxılıb: 1878 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner