Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Dini etiqad azadlığı haqqında” qanuna 19 dəyişiklik

“Zamanın tələblərindən irəli gəlmiş bu dəyişikliklər din-dövlət münasibətlərinin tənzimlənməsi məsələlərində mühüm rol oynayıb”

Milli Məclisin İnsan hüquqları komitəsinin mayın 31-də keçirilmiş iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə olunub.

Simsar.az“AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, komitənin sədri Rəbiyyət Aslanova bildirib ki, “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olunub və ötən müddət ərzində qanuna bir sıra dəyişikliklər edilib: “Zamanın tələblərindən irəli gəlmiş bu dəyişikliklər din-dövlət münasibətlərinin tənzimlənməsi məsələlərində mühüm rol oynayıb”. 

Yeni layihədə qanunun müvafiq maddələrində 19 dəyişiklik nəzərdə tutulub. Qanunun peşəkar dini fəaliyyətlə bağlı maddəsinə edilən dəyişiklikdə deyilir: “Peşəkar dini fəaliyyət dini tərbiyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin (xütbələrin) oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş fəaliyyətdir”.

Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.

Əlavələrə əsasən dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılır.

Deputatlardan İqbal Ağazadə, Astan Şahverdiyev müzakirə edilən qanun layihələrinə dair fikirlərini bildiriblər. Sonda hər iki qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.






1 İyun, 2011  00:45 Baxılıb: 1099 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner