Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Tramp Rusiyanın fond birjalarını vurub

Donald Trampın ABŞ prezidenti seçiləndən sonra kəskin yüksələn Rusiyanın fond indeksləri tarixi rekord səviyyəyə çatdıqdan sonra ucuzlaşmağa başlayıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, Rusiyanın RTS və MMVB indeksləri seçkidən sonra 3 ayda qazandıqlarını hamısını artıq itirib.

MMVB indeksi yanvar ayında əldə etdiyi rekord səviyyədən 13% azalıb və 2 000 bənddən aşağı düşüb. Buna səbəb neft qiymətlərinin ucuzlaşması və Rusiyanın ABŞ-ın yeni seçilmiş prezidenti ilə bağlı gözləntilərin puça çıxması olub.

Qeyd edək ki, keçən həftə investorlar Rusiyanın ən iri investisiya fondu "VanEck Vectors Russia"dan (Exchange Traded Funds) son 3,5 ilin maksimal həddində kapıtal çıxarıblar. Londonda yerləşən "Union Bancaire Privee" bankının aktivlər üzrə meneceri Pavel Laberko hesab edir ki, D.Trampın Rusiyaya qarşı tətbiq olunan sanksiyaları qaldıracağına inanan investorlar məyus olublar: "Son iki ayda vəziyyət dəyişib. Dekabrda Rusiya aktivlərini almağı tövsiyə edənlər artıq fikirlərini dəyişib".






10 Mart, 2017  15:05 Baxılıb: 1524 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner