Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

FİDAN HACIYEVANIN FRANSADAN GƏLƏN TENORLA BİRGƏ KONSERTİ OLACAQ

Konsertdə dünya operalarından nümunələr səslənəcək

Opera müğənnisi Fidan Hacıyeva iyunun 3-də Opera və Balet Teatrında fransalı tenor Jan Fransis Munvusonla birgə konsert verəcək. Bu barədə müğənni bu gün keçirdiyi mətbat konfransında məlumat verib. 

F.Hacıyeva konsertin maraqlı proqram əsasında hazırlandığını diqqətə çatdırıb: “Konsertdə dünya operalarından nümunələr səslənəcək. “Karmeni” fransız dilində oxuyacam”.

Tədbiri Fransanın Azərbaycandakı səfirliyi təşkil edir. Konsertdə ilk dəfə F.Hacıyevanın 12 yaşlı tələbəsi çıxış edəcək. Gələcəkdə konsertin Fransada təşkil olunması da nəzərdə tutulur.

Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Lyuk Obri konsertin Fransa Azərbaycan dostluğunun nəticəsi olduğunu deyib: “Fidan Fransız musiqisinə məxsus emossional diapazonu tuta bilir. Bunun üçün birgə konsertin təşkili üçün məhz onu seçdik. Əminəm ki, gözəl tədbir olacaq”.

Bakıya iki gün bundan əvvəl qonaq gələn tenor J.F.Munvuson konsert öncəsi məşqlər keçib. J.F. Munvuson məşqlərdə F.Hacıyevayla musiqi sahəsində ortaq cəhətlərinin çox olduğunu söyləyib: “Bu maraqlı musiqi görüşməsidir. Karmen öz arzuları, istəkləri ilə birgə qəbul olunmaq istəyən qadın obrazıdır. Həmin operanı bir çox ifaçılarla oxumuşam. Karmeni yaxşı ifa etmək üçün daxilən Karmen olmaq lazımdır. Fidan xanım bunu bacarır. Ümumiyyətlə görürəm ki, Azərbaycanda insanlar musiqini sevir və duyurlar”.

F.Hacıyeva iyunun ilk ongünlüyündə Puççininin “Sour Angelica” operasında əsas partiyanı ifa etmək üçün İtaliyaya gedəcəyini bildirib. Opera iyunun 17-dən 26-a kimi Rimini, Katolika, Fano və başqa şəhərlərndə nümayiş olunacaq: “İtaliya dilini öyrənmişəm və bu dildə səlis ifalar edə bilirəm. Bu operanın da öhtəsindən gələcəyimə inanıram”.

Opera ifaçısı İtaliya dirijoru Canluka Martsianodan iki yeni rol təklifi aldığını da qeyd edib: “Donisettinin “Favoritka” operasında Leonora və Motsartın, “Hamı belə edir” operasında Dorabella rolunu hazırlamayacam”.

Arifə Mikayılova







31 May, 2011  21:49 Baxılıb: 1313 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner