Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Mobil rabitə xidmətləri üzrə lisenziyalar müddətli veriləcək

Bu gün Milli Məclisin son iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik müzakirə olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihədə “Lisenziyalar və icazələr haqqında” qanuna 22.1-1 maddəsinin əlavə edilməsi təklif olunur.

Yeni maddəyə əsasən, qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 4-1 maddəsi (sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) əlavə edilir, bu bənd üzrə tələb olunan lisenziya 10 il müddətinə verilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, Azərbaycanda hazırda bütün sahələr üzrə lisenziyalar (icazə) müddətsiz verilir.






10 Mart, 2017  13:34 Baxılıb: 1681 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner