Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Kim alimdirsə, çox pensiya alacaq

Artımlar 5960 nəfər pensiyaçıya şamil olunacaq

Simsar.az-ın məlumatına görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əlavə edilməsi barədə müvafiq təkliflər Milli Məclisinin müzakirəsinə təqdim olunub. Təqdim olunan layihəyə əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya tədris müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarının pensiyasının baza hissəsinin üzərinə əlavələr ediləcək. Layihəyə əsasən, qeyd olunan kateqoriyadan olan pensiyaçıların pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat məbləğində, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanması nəzərdə tutulur.


Artımlar təxminən 5960 nəfər pensiyaçıya şamil olunacaq. Onlardan 1460 nəfəri elmlər doktoru, 4500 nəfəri isə elmlər namizədidir. Qanuna edilən dəyişiklik işləməyən elmlər doktorlarına və elmlər namizədlərinə şamil ediləcək. Dəyişikliklərdə nəzərdə tutulan pensiyaların ödənilməsi üçün il ərzində təxminən 10 milyon manat vəsait tələb olunacaq.






31 May, 2011  19:31 Baxılıb: 1215 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54


sagbanner