Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nazir: “Qərbdə islamofobiya meyllərinin artması Azərbaycan xalqını ciddi narahat edir”

“Azərbaycan qarşılıqlı hörmət, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, onların daxili işlərinə qarışmama kimi yanaşmalara əsaslanan tarazlı və çoxvektorlu xarici siyasi kurs həyata keçirir”. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BƏƏ-nin “Əl-Fəcr” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, bu kursda müştərək mənəvi və tarixi bağları bölüşdüyümüz və geniş coğrafi məkanı əhatə edən ərəb dünyasının özünəməxsus yeri var. Nazir bildirib ki, həmçinin Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və strukturlarının fəal üzvüdür, təşkilatın gündəminin formalaşdırılmasında, gündəlikdə duran məsələlərin müzakirəsində aktiv şəkildə iştirak edir: “Həmçinin Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikik və Liqa ilə səmərəli əməkdaşlıq aparırıq. Körfəz Əməkdaşlıq Şurası ilə Azərbaycan arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bu əməkdaşlığın təsisatlanmış çərçivəyə salınması və daha da inkişaf etdirilməsi üçün birgə səylər göstərilir. Bu il KƏŞ ilə birlikdə Bakıda strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur. Azərbaycan beynəlxalq təşkilatlarda ərəb dünyasını narahat edən məsələlərə dəstəyini davam etdirir və 2012-2013-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman bunu fəal şəkildə edib”.

E. Məmmədyarov əlavə edib ki, Azərbaycan İslam düny()asının ayrılmaz hissəsidir, bütün müsəlman dünyasında islami dəyərlərə sadiq bir ölkə kimi tanınır və qəbul olunur: “Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. Biz bütün müsəlman dövlətləri ilə əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli əsasda daha da gücləndirilməsinə böyük önəm veririk və İslam ölkələri ilə əməkdaşlığımız ildən-ilə genişlənir. Azərbaycan islam həmrəyliyinin möhkəmləndirilməsi, dünyada islami dəyərlərin təbliğinə böyük töhfələr verir. Qeyd olunduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Ölkəmiz 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bütün bu tədbirlər və görüləcək işlər dövlətimizin, həmçinin prezident İlham Əliyevin İslam dünyasında birliyə və ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə verdiyi böyük diqqətin bariz göstəricisidir”.

Nazirin sözlərinə görə, Azərbaycan əsrlər boyu müxtəlif dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub: “Ölkəmiz hər zaman multikulturalizm, tolerantlıq və dini-mənəvi dəyərlərin qorunub saxlanılması, onların inkişafına öz töhfəsini verərək, humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsində fəal rol oynayıb. Əfsuslar olsun ki, müasir dünyamızda müxtəlif din və məzhəblər arasında baş verən qarşıdurmalar, xüsusilə sülh və anlaşma dini olan İslamın qəsdən terrorizm ilə əlaqələndirilməsi cəhdləri Qərb cəmiyyətlərində islamofobiya meyllərinin artmasına səbəb olur ki, bu da tolerant Azərbaycan xalqında ciddi narahatlıq doğurur. Bu qəbuledilməz meylin daha da artmasının qarşısını almaq üçün bütün İslam ölkələri öz səylərini birləşdirməli və İslamın doğru-dürüst obrazını yaymaq məqsədilə işbirliyini əlaqələndirməlidir. İslamın terrorizm ilə əlaqələndirilməsi cəhdləri qətiyyən yolverilməzdir. Terrorizmdən əziyyət çəkən ölkə kimi Azərbaycan birmənalı şəkildə beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri kimi terrorun bütün forma və təzahürlərini pisləyir. Ölkəmiz bundan sonra da islami dəyərlərin qorunub saxlanılması və təbliğinə tam dəstəyini ifadə etməklə, islamofobiya meyllərinin gətirdiyi ayrı-seçkilik, düşmənçilik və zorakılığa qarşı mübarizəyə öz töhfəsini verməkdə davam edəcək”. (apa)






6 Mart, 2017  14:19 Baxılıb: 1610 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner