Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri

Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş Azərbaycan çempionatı başa çatıb.

Federasiyadan Simsar.az -a verilən məlumata görə, ASTF-nin vitse-prezidenti Fazil Məmmədov bildirib ki, fiziki-mənəvi sağlamlığın qorunması, idman və bədən tərbiyəsinin inkişafı sahəsində, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Çempionatda respublikanın şəhər və rayonlarından 60-a yaxın idmançı iştirak etmişdir. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcədə keçirilən çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan, Şabran, Balakən, Qax, Gəncə, Salyan, Gədəbəy, Samux və digər rayonların idmançıları iştirak etmişdir. 9 kişi və 7 qadın komandasının iştirak etdiyi komanda yarışlarının nəticələri:

Kişilər:

I yer – Bakı 1

II yer - Bakı 3

III yer - Sumqayıt, Bakı – 2

Qadınlar:

I yer – Sumqayıt 1

II yer – Bakı 1

III yer – Şəki, Sumqayıt 2

Şəxsi oyunlarda:

I yer – Cəfərov Ramil

II yer – Həşimli Xəyal

III yer – Ansari İbrahim, Allahverdiyev Vəzir

I yer – Eminova Bilurə

II yer – Qarayeva Nəzakət

III yer – İmanova Məryəm, Əhmədova Nəzrin

Sonda qaliblərə Federasiyanın diplom və mükafatları təqdim olunub.

Çempionat 28 fevral-4 mart tarixlərində keçirilib.






6 Mart, 2017  11:35 Baxılıb: 1887 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner