Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Atletimiz finala keçdi

Azərbaycan atleti Hayle İbrahimov Serbiyanın paytaxtı Belqradda qapalı məkanda keçirilən Avropa çempionatında finala yüksəlib.

Simsar.az-ın məlumatına görə, 27 yaşlı idmançı 3000 metr məsafəyə qaçışda həlledici mərhələyə vəsiqə qazanıb. O, yarımfinal mərhələsində öz yarımqrupunun 12 iştirakçısı arasında 7 dəqiqə 57,74 saniyə nəticə ilə birinci olub. İbrahimov türkiyəli Aras Kara (7:58,61), almaniyalı Rixard Ringer (7:58,77), ispaniyalı Adel Mexaal (7:58,94) və italiyalı Yemaneberhan Krippa (7:59,76) ilə birgə mərhələ adlayıb. Digər yarımqrupdan isə finala isveçli Yonas Leanderson (7:54.93), italiyalı Maruan Razine (7:55,17), norveçli Henrik İngebriqtsen (7:55,26), ispaniyalı Karlos Mayo (7:55,58), türkiyəli Ali Kaya (7:56,36), avstriyalı Andreas Voyta (7:56,52) və Ramazan Özdemir (7:59,35) yüksəlib.

Azərbaycan təmsilçisi yarışın rəsmi saytına açıqlamasında deyib: "Bu, hələ ilkin mərhələ idi. Qaçışım yaxşı alındı. Amma mən enerjimi həlledici mərhələyə saxlamışam".

Final mərhələsinə martın 5-də Bakı vaxtı ilə saat 19:55-də start veriləcək.






4 Mart, 2017  10:11 Baxılıb: 2052 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


sagbanner