Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Aktyorun xatirəsi anıldı

Azərbaycan Teatr Xadimləri İttifaqında xalq artisti Eldəniz Zeynalovun 80 illiyinə həsr olunmuş anım mərasimi keçirilib.

Simsar.az xəbər verir ki, tədbir aktyorun həyat və yaradıcılığına həsr olunan fotosərgiyə baxış keçirilməsi ilə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə sənət yoldaşları aktyorun həyatından danışaraq onunla bağlı xatirələrini bölüşüblər.

Hacı İsmayılov onun kino mədəniyyətinin formalaşmasındakı xidmətlərini vurgulayaraq aktyorun böyük gülüş ustası olduğunu qeyd edib: "Eldənizin adını çəkəndə insanların üzündə gülüş yaranır. Çünki o, rolları ilə hər zaman güldürən, sevindirən bir aktyor olub".

Azərpaşa Nemətov bildirib ki, o, harada çıxış etməsindən asılı olmayaraq həmişə rolu ilə yaddaşlarda qalıb: "Eldəniz Zeynalov böyük sənətkar idi. Baş rollarda az ifa etməsinə baxmayaraq, özünü insanların yaddaşlarına həkk etdirə bilib. Bizim yaddaşımızda xüsusilə məzəli sözləri ilə qalıb".

Xatırladaq ki, Eldəniz Zeynalov 1937-ci il yanvarın 1-də anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. O, "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti kimi mükafatlara layiq görülüb. 2002-ci il noyabrın 5-də Bakıda vəfat edib.






2 Mart, 2017  16:12 Baxılıb: 1955 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner