Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Səbuhi Rəcəb: "Kaş “Yeddi oğul istərəm” bu gün çəkilərdi, mən də yeddi oğuldan biri olardım"

Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti, iş adamı, xeyriyyəçi Səbuhi Rəcəb bu günlərdə Simsar.az saytının qonağı olub. Onunla maraqlı müsahibəni sizə təqdim edirik.

-Səbuhi bəy, hazırda hansı işlərlə məşğulsuz?

-İdman və ticarətlə.

-Sizin "12 may" adlı şirkətiniz də var idi, xeyriyyə tədbirləri keçirirdiz. Fəaliyyət dayanıb?

-Bəli "12 may" bizim şirkətlərimizdən biridir. Ticarət obyektlərimiz başqa şirkətlərin adında daşıyır. "12 may"ı isə anamın 1995-ci ildə yaratdığı şirkətdir. Atəşkəsin bərqarar olunduğu gündür. İllər keçdi, xeyriyyə işləri görəndə fikirləşdim ki, başqa şirkətlərlə bu işləri görmək reklam olar. Ona görə də anama müraciət etdim və belə bir fəaliyyətlə məşğul olmaq istədiyimi dedim. Anam da o şirkəti mənə bağışladı. Məqsədimiz o idi ki, bu şirkət vasitəsilə gördüyümüz işlərlə insanlara çatdıraq ki, biz atəşkəs istəyirik, savaş istəmirik. Gücümüz, ordumuz var, amma prezidentimiz və biz də atəşkəs istəyirik. Bilmirəm daha nə dərəcədə nail olduq.

-Bəs fəaliyyət niyə dayandı?

-Yox dayanmayıb, faəliyyət var. Millət vəkillərimizlə, yazıçılarla, şairlərlə iş birliyimiz olur. Hansısa bir tədbirə maddi dəstək lazımdırsa göstəririk.

-Bəs idman sahəsində işləriniz necədir?

-2014-cü ildə Sambo Federasiyasının vitse-prezidenti olmuşam. 2015-ci ildə Kinqboks Federasiyasının vitse prezidenti seçildim. Mən 7 yaşımda idmana karate ilə başladım.  ilk müəllimim Abbas müəllim olub, daha sonra 1996-cı ildə dinamoda davam eləmişəm Əhməd müəllim dərs deyib, sonra taekvandoya keçdim orda da müəllimim Füzuli Musayev olub. 2000-ci ildən 2004-cü ilədək kinqboksla məşğul olmuşam, 2004-dən 2006-ya qədər də boksla. Sonra yekunlaşdırdım.

-Niyə yekunlaşdırdınız?

-2003-cü ildə məhkəməyə işə düzəldim. Həm oxuyurdum, həm işləyirdim, həm də məşqə gedirdim. Çatdırmaq da çətin idi.  Hamı məni idmançı kimi tanıyır. İdmançılarımızın hamısı bizə doğmadır. Həmkarlarımla o vaxt necə münasibət var idisə, indi də elədir. Onlar da məni iş adamının, sahibkarın, dövlətə xidmət edən bir ailənin övladı kimi tanıyıb. Zamanla özümüz sahibkar olduq, şirkətlərimiz oldu, pul qazandıq. Və çalışırıq  bunu təmiz və insaflı şəkildə istifadə edək. Faydamız olsun insanlara. İbadətə önəm verən biriyəm. Əsl müsəlman kimi yaşamağı qarşıma məqsəd qoymuşam. Hər yerdə deyilir ki, Hacı Səbuhi Rəcəb. Dindar olmağımla yanaşı  cins şalvar, dəri gödəkçə, qoluqısa köynək də geyinirəm.  Dindarlığım buna mane olmur. Allah sevgisi, din sevgisi ürəyimizdədir.

-Özünüzü məşqçi kimi görmədiniz?

-Yox, çünki məşqçilik çox böyük addır. Məşqçilərə çox böyük hörmətim var. Hər hansısa bir məşqçi görəndə mən hər zaman pencəyimin düyməsini bağlamışam, özümü yığışdırmışam. Çünki onlar müəllimdirlər.

-Qarşıdan İslam Oyunları gəlir. Proqnozlarınız maraqlıdır.

-Bəzən deyirlər ki, bu yarışların nə xeyri var? Uşaq vaxtı “Formula 1” yarışlarına baxardım,  deyərdim ki, görəsən, bizim ölkədə də  bunu görə bilərik? Onda nə arzu edirdim,  bilet alıb gedib o ölkədə oyunu izləmək,  amma sağ olsun dövlətimiz, dövlət başçımız o oyunları bura gətirirlər. Gələn qonqlar bizim milli adət ənənəmizi, mədəniyyətimizi öyrənirlər, köçkünlərin vəziyyəti ilə tanış olurlar.  Təbii ki, inkişafı da görürlər.  Mən elə bilirəm ki,  bu oyunlar Azərbaycana yalnız xeyir gətirəcək. O ki qaldı proqnoza siyahı tam bilinmir. Siyahı bilinəndən sonra bir söz deyə bilərəm. Amma Azərbaycan idmançıları həmişə beynəlxalq turnirlərdə uğur qazanırlar.

-Keçən dəfə Adil müəllim bildiridi ki, kikboksun Olimpiya oyunlarında iştirakı ola bilər...

-Bəli, o istiqamətdə addımlar atılır. Müraciət olunub, cavab gözləyirik. Adil müəllim, insan kimi çox ləyaqətli kişidir, onun o müraciətində həm millət vəkili kimi, həm federasiyasının prezidenti kimi, həm də insan kimi əziyyəti var, amma cavab gözləyirik.

-İdmandandan danışsaq da, amma siz həm də bir iş adamısız. Bilirsiniz ki, hazırda krizis dövründəyik. Bu vəziyyətdən necə çıxırsınız?

-Mən heç vaxt ziyanı qabardan insan deyiləm.  Həyatdır, yaşayırıq. Təki Allah sonumuzu xeyir etsin.  Krizislə bağlı onu deyə bilərəm ki, bizdə heç bir ixtisar olmadı, əksinə işə əlavə adam gğtürdük. Sadəcə maaşda kəsinti oldu, işçilərlə razılaşdıq ki , sizi işdən çıxarmırıq, amma məsələn 200 manat əvəzinə 150 manat verəcəyik. Biz həm qida sektorunda,  həm turizm sektorunda fəaliyyət göstəririk. Düzdür indi bilet alan yoxdur, o sahələr əziyyət çəkir, amma qida sektoru yaxşıdır. Bu krizis də müvəqqəti bir şeydir.

-Hərracı izləyirsiniz?

-İstəməsək də izləməliyik.

-Manatın dəyərdən düşməsi  barədə nə deyərdiniz?

-Gözlənilirdi, 2015-2016- da proqnozlar vardı.

-İş adamı olaraq, indiki müşahidələriniz maraqlıdır...

-Ümid Allahadır.  Sistem başqadır.  Burada Amerikanın öz gücünü göstərməsi amili, Suriya problemi var. Ölkəmizə nə qədər Suriyada ticarət edən adam geri qayıtdı, vəziyyətləri indi yaxşı deyil. Bu il manatın möhkəmlənəcəyinə inanmıram.

-Siyasəti izləyirsiniz?

-Bəli, çox.

-Daha çox hansı ölkə maraqlıdır?

-Türkiyə. Qardaş olduğuna görə. Türkiyə bizim  dayağımızdır.

-Bəs Türkiyədə baş verənləri necə qiymətləndirirsiniz?

-Türkiyədə baş verənlər çox yaxşıdır.  Böyük işlər görülür. Mən özüm ora tez-tez  gedib, gəlirəm. Vəziyyət yaxşdır.

-Bəs terrorlar?

-Terror Türkiyənin sərhəddinə kimi gəlib çıxmışdı, bilinirdi ki olacaq, müəyyən dövlətlərlə problem yaşadı ona görə çox oldu.

-Siyasəti bəzi siyasətçilərdən yaxşı analiz edirsiz, amma hərdən sizi sənətçilərlə də görürük...

- Bu sarıdan Federasiyamızın 1-ci vitse prezidenti Güloğlan Cabbarovla bir-birimizə oxşayırıq.  Ümumiyyətlə, bizə kim hörmətlə yanaşırsa, biz də ona elə yanaşırıq. O qədər şüşə silən, təkər qaraldanlarla öpüşüb görüşmüşəm.  O qədər olur ki, uşaqlar tanıyır, “Səbuhi əmi” qışqırırlar. Siz sənətçiləri deyirsiz, bizim jurnalistlərlə də münasibətimiz yaxşıdır. Sənətə gəldikdə isə özüm də şeir yazıram, bəstəkar-müğənni Hacı Nazim dostumuzdur, şeirlərimə mahnı yazıb. Müğənni Elton Hüseynəliyev isə oxuyacaq.

-Şeirlərinizdən kitab çap etdirmək istəyirsiniz?

-Təklif gəlib. Şeirlərimdən ibarət albomum var. Musiqisini də, sözləri də özüm yazmışam. Amma həmişə gizlətmişəm, utanmışam.  Ancaq  indi qərar vermişəm ki, şeirlər qalsın. Mən uşaqlıqdan aktyor olmaq istəmişəm.  O vaxt biz Hamlet Xanızadəni, Həsən Turabovu, Həsən Məmmədovu Rasim  Balayevi görmüşük.  R.Balayevin şəxsiyyətinə, kişiliyinə  hörmətim böyükdür.  Sizə deyim ki, mənim həm də yaxşı səsim var. Cəmiyyətdə belə bir şey var ki, kişi oxumaz. Sənəti indi elə yerə gətirib çıxarıblar. Deyirlər ki, kişi oxumaz. Axı niyə? Niyə görə düşünürlər ki, kişi mikrafon alıb oxumaz, ya da kişi ağlamaz. Bu yaxınlarda rejissor Şahin Zəkizdənin dəfnindən görüntülərə baxırdım. Kənan ağlayırdı. Orada onun ağlamağına şərhlər yazılmışdı. Mən də yazdım ki, dost ayrılığı çətin olar. Kənanın qəlbni bilirəm ki, o necə oğlandır. Biz öz qədrimizi bilməliyik.  Kaş “Yeddi oğul istərəm”  bu gün çəkilərdi, mən də yeddi oğuldan biri olardım. Azərbaycan 1991-ci ildən müstəqildir. Nə qədər ki Heydər Əliyev məktəbi, İlham  Əliyev var, biz varıq.

-O dövrün aktyorlarının adlarını ürəklə çəkdiniz. Gənc nəsildən kimlərin adını çəkə bilərsiniz?

-Komediyada Fərda, Elməddin. Siz kömək edin, yadıma düşmür. Bir dəfə istədim Azərbaycan  seriallarına baxam, gördüm ki, alınmır.

-Bəs verilişlərə baxırsınız?

-Yox, kimsə desə baxaram. “Kişi klubu” yaxud da idmanla bağlı verilişlərə baxıram.

-Bəs Zaur Baxşəliyevin, Xoşqədəm Hidayətqızının apardığı sosial yüklü verilişlərə baxmırsız? Deyirlər ən reytinqlı verilişlərdir.

-Zaur özü görünüş olaraq, yaraşıqlı, göyçək oğlandır və hiss olunur ki, vətənpərvərdir. Amma verilişlərini bəyənmirəm. Azərbaycan kişisini, qadınını çox pis göstərən verilişdir. Bəlkə anam baxır bilmirəm... Amma mən Səbuhi olaraq deyim ki, mənlik deyil elə verilişlər. Mən azərbaycan kişisini güclü göstərən veriliş görmək istəyirəm. Axı bizi dünya izləyir.

-Bilirik ki, ibadət edirsiz, ilahiyyatçılardan kimləri dinləyirsiniz?

-Hacı Şahini dinləyirəm. O, çox mədəni və əsl Azərbaycan kişisidir. Qabilliyətli, insanalara yuxardan aşağı  baxmayan, dini olduğu kimi yaşayan biridir.  Bir də olur ki, kimsə səs göndərir baxıram, xoşum gəlir. Qışqıra-qışqıra danışanlara qulaq asa bilmirəm. 6 yaşımdan  namaz qılıram. . Namazdır, idmandır Allah mənə  bunları erkən verib. Allaha sonsuz təşəkkür edirəm. Mən atasız böyümüşəm. Anam da  səhər işə gedib, axşam gəlirdi.  Dayım namaz qılırdı, görürdüm əyilib qalxır, dedi ki, gəl sən də et. Təbii ki, onun namazı ilə mənim namazım eyni olmayacaqdı.. Amma “İxlas” surəsini əzbər bilirdim, “kəlmeyi-şəhadəti” bilirdim. Yatanda “kəlmeyi-şəhadəti” deyirdik. Mən heç vaxt içki istiafadə etməmişəm. Bilirsiniz, idmançı olduğumuza görə, siqaret də çəkmirəm. Pis vərdişlərim  olmayıb. Kart oynayanalara baxıb demişəm ki, bu yaxşı iş deyil.

-Fərdi idman növlərində Azərbaycanın uğurları var. Amma komanda idman növlərində çox geridə qalmışıq. Məsələn futbolda, deyərdim ki, çox geridəyik..

-Dediyinizi tam qəbul etmirəm. “Neftçi”, “Xəzər-Lənkəran”, “Qarabağ” klubları yaxşı oynayır. Düzdür, mən futbolu izləmirəm. Amma borcumuzdur, komandaları  dəstəkləməliyik. “Qarabağ”ın gözəl naliyyətləri var. Sadəcə dünyada futbol bir monopoliyadır, ora heç kəsi buraxmırlar.

-İrəlidə hansı layihələriniz var?

-Bilisininiz ki,  mən Azərbaycan Kikboksing Federasiyasında peşəkar liqanın rəhbəriyəm. Adil müəllim məni çağırdı və o vəzifəyə layiq gördü.  Federasiyamızın 1-ci vitse prezidenti Güloğlan Cabbarov mən və idarə heyətinin bir neçə üzvü iclas etdik, müəyyən danışıqlarımız oldu. Dünya çempionumuz olan Vüsal Ələsgərovu Qarabağ  üzrə regional klublara, tarixdə ilk dəfə bir ildə 9 peşəkar oyunun qalibi olan Ramal Aslanovu isə pəşəkarlar üzrə yığma komandanın kapitanı,  veteran kikboksçu Sadıx Bağırovu peşəkarlar üzrə menecer təyin olunması məsələlərini qaldırdıq. Federasiyamızın prezidenti çox hörmətli Adil Əliyev isə bu təklifləri təsdiqləyərək bu üç təyinatı həyata keçirtdi.  İnşallah bu sahədə böyük işlərimiz olacaq. Sabah Azərbaycan və  İran kikboksçuların turniri olacaq. Turnir ümumilli lider Heydər Əlieyin xatirəsinə həsr edilib. Idmançılarımız leqallaşdırılmış qaydada maddi mükafatlar alacaq, pul qazanacaqlar.  Mən o layihəni tam olaraq, ayın 3-ü elan edəcəm. Hər həftə bir yarış olacaq. Mən eyni zamanda Türkiyədəki Sambo Federasiyasının 1-ci vitse prezidentiyəm.  İnşallah orada da yeniliklər olacaq. Ən çox çalışdığım  isə Türkiyədə  ulu öndərimiz Heydər Əliyevin adı ilə turnir etməkdir.  Türkiyədə keçiriləcək turnirdə  Qara dəniz və Xəzəryanı ölkələrin iştirakı da gözlənilir.

İradə Nurəddinqızı

 






2 Mart, 2017  12:05 Baxılıb: 3920 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner