Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ermənistan parlamentində qarşıdurma

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi dairələr arasında mübarizə gərginləşir. Erməni Milli Konqresi seçiciləri səslərini satmamağa çağırıb. Bu da parlamentin iclasında davaya səbəb olub. “Yelk” blokunun üzvü Nikol Paşinyan Ermənistanda apreldə keçiriləcək parlament seçkilərinin indidən saxtalaşdırıldığını bildirib. O deyib ki, polisə sorğu göndərilib və yanvarın 1-dən fevralın 1-dək 7 mindən çox vətəndaşın öz qeydiyyat yerini dəyişdiyi məlum olub. Onlar hakimiyyətin istədiyi seçki dairələrində qeydiyyata salınırlar.

Hakim Respublika Partiyasının deputatı Xosrov Arutyunyan isə N.Poşinyanı tənqid edib və onları təxribatda gühanlandırıb. Beləliklə, ara qarışıb və deputatlar bir-birlərini təhqir ediblər.

2008-ci ilin 1 mart hadisələrinin müzakirəsi də parlamentin gündəliyindən çıxarılıb. Bu da müxalif partiyaların etirazı ilə qarşılanıb.

Ermənistan Milli Konqresi qərargahının bununla bağlı yaydığı bəyanatda bildirilir ki, 2008-ci ilin 1 mart iğtişaşları hələ də doğru-düzgün araşdırılmayıb. Həmin vaxt fevralın 19-da prezident seçkilərinin saxtalaşdırılmasına fasiləsiz olaraq on gün etiraz edən nümayişçilərlə hökumət qüvvələri arasında qarşıdurmada 10 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Bundan sonra ölkədə iyirmi günlük fövqəladə vəziyyət elan edilib. Hakimiyyətə loyal olmayan KİV-lərin fəaliyyəti dayandırılıb. Seçki marafonunun əsas favoriti olan müxalifət namizədi Levon Ter-Petrosyan 2008-ci il seçkilərinin nəticələrini indiyədək tanımayıb. Onun təşkilatçılığı ilə paytaxtda 21 gün fasiləsiz etiraz aksiyaları keçirilib. Bəyanatda deyilir ki, qanlı 1 mart Ermənistanın tarixində rüsvayçı hadisədir. Eyni zamanda, oktyabrın 27-də parlamentə hücumdan sonra erməninin ermənini gülləbaran elədiyi ikinci böyük hadisədir. Xalqın qanını tökərək hakimiyyətə gələn Serj Sarkisyan rejimi bu illər ərzində Ermənistanı ancaq uçuruma aparıb. Əhali səfalət içindədir. Ölkə iqtisadiyyatı isə tamamilə iflasa uğrayıb. Ermənistan regionda təcrid vəziyyətinə düşüb. (AzərTAc)






2 Mart, 2017  10:27 Baxılıb: 1295 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner