Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türkiyədə dollar yenidən bahalaşır

Qlobal valyuta bazarında ABŞ valyutasının möhkəmlənməsi prosesi Türkiyədə dolların qiymətinin 3,60 TRY/USD səviyyəsini ötməsinə gətirib çıxarıb. Fevralın 24-də axşam saatlarında qlobal bazarda əsas valyuta cütlüyü olan avro/dolların məzənnəsi 1,0560 USD/EUR səviyyəsinə kimi geriləyib. Bunun nəticəsində 3,56 TRY/USD həddinə qədər geriləyən dollar, yenidən 3,6080 TRY/USD-yə yüksəlib.

Qeyd edək ki, 2017-ci ildə TRY/USD məzənnəsinin minimal həddi 3,5234, maksimal həddi isə 3,9423 olub. "Report"un analitik qrupu dolların məzənnəsinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) martın 14-15-də keçirəcəyi növbəti iclasa qədər 3,65-3,70 TRY/USD səviyyəsinə qədər arta biləcəyini, lakin daha sonra yenidən 3,55 TRY/USD-yə geriləyəcəyini proqnozlaşdırır: "Dolların məzənnəsinin ilin sonuna qədər 3,55-3,70 TRY/USD diapazonunda dəyişəcəyi gözlənilir. Lakin 2018-ci ildən etibarən dollar Türkiyədə yenidən möhkəmlənməyə başlayacaq və 4,00 TRY/USD səviyyəsini ötəcək".






25 Fevral, 2017  13:14 Baxılıb: 2005 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner