Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Aleksander Şapiro Suliman: "Hər bir şəxs Xocalıda yaşananlardan xəbərdar olmalıdır"

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar dünyanın hər yerində  tədbirlər keçirilir.  AZER-İSRA Holdingin prezidenti, İstanbul - Rusiya və qonşu ölkələr təşəbbüskarlar dərnəyinin beynəlxalq diplomatiya, informatika və biznes üzrə vitse prezidenti, sülhməramlı səfir Aleksander Şapiro Suliman Azərbaycan xalqının 25 il əvvəl yaşadığı bu qanlı faciəni ürək ağrısı ilə andığını bildirib."1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri sözün əsl mənasında soyqırım yaşayıb. Erməni silahlı qüvvələri tərəfindən Xocalı əhalisinin, körpələrin, yaşlıların ağıla sığmayacaq qədər qəddarlıqla öldürülməsi və bu cinayətin kifayət qədər hüquqi qiymət almaması üzücüdür. Amma mən inanıram ki, Azərbaycan prezidenti İlham Əliyevin siyasəti nəticəsində bu soyqırım dünyada öz hüquqi qiymətini alacaq. Tezliklə bütün dünya bu vəhşılıyə etinasız qalmayacaq".

Sülhməramlı səfir Xocalı faciəsinin ildönümü ərəfəsində Türkiyədə səfərdə olacağanı da bildirib. "Məlumdur ki, bu faciənin ildönümü Türkiyədə də geniş keçirilir. Hətta Türkiyədə Xocalı həftəsi keçirilir. Türkiyənin müxtəlif şəhərlərində Xocalı parkları və abidələrinin açılış mərasimləri keçirirlir. Faciənin qurbanları yad edilir. Mən də ildönümü ərəfəsində Türkiyədə olduğuma görə elə oradakı bir sıra tədbirlərə də qatılacam. Düşünürəm ki, hər bir şəxs Xocalıda yaşananlardan xəbərdar olmalıdır"

Simsar.az






24 Fevral, 2017  17:36 Baxılıb: 1571 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner