Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BDU-da Xocalı soyqırımı ilə əlaqədar konfrans keçirilib

Bakı Dövlət Universitetində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Elmi-praktik konfrans keçirilib. Simsar.az xəbər verir ki, Universitetin professor-müəllim heyəti, tələbələrinin iştirak etdiyi konfransda çıxış edən rektor, akademik Abel Məhərrəmov Xocalı soyqırımının insanlığın tarixində ən qəddar və amansız terror hadisələrindən biri, 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu deyib. Sonra Tarix fakültəsinin dosenti Boran Əziz “Xocalı şəhərinin tarixi”, Coğrafiya fakültəsinin kafedra müdiri, professor Fərda İmanov “Xocalının coğrafiyası”, Sosial elmlər və Psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə “Xocalı soyqırımının sosial fəsadları”, Hüquq fakültəsinin Ümumi beynəlxalq hüquq kafedrasının professoru Əfsər Sadıxov “Xocalı soyqırımı zamanı insan hüquqlarının və  Beynəlxalq konvensiyaların pozulması” mövzularında çıxış ediblər.

Sonda tələbələrin hazırladığı rekviyem (neydə “Sarı gəlin”) və vodeoçarxın nümayişi olub.






24 Fevral, 2017  15:46 Baxılıb: 1529 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner