Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MOSKVADA AZƏRBAYCANA HƏSR OLUNAN MÖHTƏŞƏM TƏDBİR-EKSKLÜZİV-FOTO

Polad Bülbüloğlu: “Azərbaycan Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, dövlətçiliyin, demokratiyanın, plüralizmin əsasını qoydu”

Artıq ənənəvi şəkil almış Müstəqillik Günü münasibətilə Moskvada qeyd olunan tədbirin ünvanı bu il də dəyişmədi. Azərbaycanın Rusiyadakı səfirliliyinin təşkil etdiyi bayram ziyafəti paytaxtın ən böyük salonlarından olan «Avropa» banket zalında keçirildi.


Azərbaycan və Rusiya dövlət himnləri səslənəndən sonra Rusiyadakı səfirimiz Polad Bülbüloğlu «Sizi Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə təbrik edir və bu gözəl bayrama xoş gəlmisiniz deyirəm!» sözləri ilə tədbiri açdı. Səfir tədbirə qatılan Rusiyadakı bir çox səfirliklərin nümayəndələrinə, ictimai-siyasi xadimərə dəvətini qəbul edib bu bayramda iştirak etdikləri üçün dərin təşəkkürünü bildirdi.


Yaranmasından keçən 93 il ərzində Azərbaycan Demokratik Respublikasının keçdiyi yola qısa tarixi ekskrus edən Polad Bülbüloğlu 1918-ci ildə yaranmış Azərbaycan Cümhuriyyətin bütün müsəlman Şərqində ilk Demkoratik Respublika olduğunu və cəmi 23 ay yaşamasına baxmayaraq, onun dövlətçiliyin, demokratiyanın, plüralizmin əsasını qoyduğunu söylədi: «93 ildə Azərbaycan Demokratik Respublikası bir çox yenilliklərə imza atmaqla yanaşı, məşəqqətli dönəmlərdən də keçdi. Qanlı 20 yanvar faciəsini, Qrabağağ müharibəsini yaşayan respublikamız , bununla bərabər bu gün inkişaf etməkdədir. Ağır zamanlardan keçmiş respublikamız ulu öndər Heydər Əliyevdən sonra varisi - prezident İlham Əliyevin timsalında bu gün əmin əllərdədi».

Səfir Azərbaycanın «Eurovision2011» musiqi yarışmasındakı qələbəsini xatırladaraq müsabiqədə Rusiyanın ölkəmizə 12 bal verməsinin önəminə diqqət çəkdi: “Biz bəyan edə bilərik ki, Azərbaycanın qələbəsində Rusiyanın da paylı var.

Tədbirə qatılan Rusiya Xarici işlər nazirinin birinci müavini Andrey Denisov səfir Polad Bülbüloğluna təşəkkürünü bildirərək, bayram münasibətilə bütün Azərbaycan xalqını təbrik etdi. Azərbaycan və Rusiya dostluq ənənələrindən danışan nazir müavini 17 mayda Kremlin Qurultaylar salonunda keçirilən, birinci xanımlar Svetlana Medvedyeva və Mehriban Əliyevanın da qatıldığı «Azərbaycan gecəsi»ni xatırlatdı. O gecədə Mehriban xanımın Rusiya ilə bağlı söylədiklərini vurğulayaraq, “biz o səslənən fikirlərə bigənə deyilik və yüksək qiymətləndirirk” dedi.

Andrey Denisov səfirin “Eurovision2011” müsabiqəsi ilə bağlı fikirlərinə də münasibət bildirdi: “Biz Azərbaycanı 12 balla dəstəkləməklə bu qələbənin həm də Rusiyanın qələbəsi olduğunu təsdiqləyirik. Təbii ki, Azərbaycan xalqı musiqisevər, onu dünya səviyyəsində təmsil edəcək xalqdır, bu, səfir Polad Bülbüloğluun timsalında da təsdiqini tapır»-dedi.

Rusiya xarici işlər nazirliyinin yetkilisi Azərbaycan və Rusiya döstuğu və əməkdaşlığının tarixi köklərinin qədim və bu bağların möhkəmlənməsi yolunda bu gün də atılan addımıların uğurlu olduğunu qeyd etdi.

Azərbaycan musiqisi və manhnıları ilə müşayiət olunan ziyafətin sonunda üzərində üçrəngli bayrağımız həkk olunmuş böyuk tort Azərbaycan himninin sədaları altında salonun ortasına gətirildi. Tortu səfir Polad Bülbüloğlu kəsdi.


Bayram ziyafətində müxətif ölklələrin Rusiyadakı səfirləri, Rusiyanın ictimai-siyasi xadimləri, tanınmış simaları, Azərbaycan diasporasının nümayəndələri də iştirak edirdilər.


«Yenisəs» qəzetinin baş redaktoru
Tünzalə Vəliqızı - Moskva,



 






28 May, 2011  21:18 Baxılıb: 1664 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner