Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bu prezidentlər də Bakıya gəlir

Bosniya və Hersoqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç V Qlobal Bakı Forumda iştirak etmək məqsədilə Azərbaycana gələcək. Simsar.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Döbvlət Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki,  Mladen İvaniçin forum çərçivəsində “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək müzakirələrdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub. İclasda Bosniya və Hersoqovinadan başqa, 6 ölkənin – Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edəcək.V Qlobal Bakı Forumunda bir sıra ölkələr Baş nazir və müavinlər, parlament rəhbərləri səviyyəsində təmsil olunacaq. Ümumulikdə isə forumun işində 50 ölkədən 200-dən çox qonağın – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlərin iştirakı gözlənilir.“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forum çərçivəsində panel müzakirələr təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.






24 Fevral, 2017  11:07 Baxılıb: 1528 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner