Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İrandan Azərbaycana narkotik vasitə keçirərkən tutuldu

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. DGK-dən Simsar.az-a bildirilib ki, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı İsmayılov Elvin Neymət oğlunun çamadanı "Heimann X-Ray" rentgen yük-yoxlama qurğusundan keçirilən zaman monitorda çamadanın metal tutacağının içərisində şübhəli predmetlərin təsviri görünüb. Təkrar baxış nəticəsində isə şübhəli predmetlərin psixotrop maddə və narkotik vasitələr olduğu müəyyən edilib.

Beləliklə, gömrük əməkdaşları çamadanın metal tutacağının içərisində 8 ədəd bükümdə xalis çəkisi 101,732 qram olan metamfetamin, 2 ədəd bükümdə xalis çəkisi 10,217 qram olan qurudulmuş marixuana, 2 ədəd bükümdə xalis çəkisi 37,024 qram olan tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 15,123 qram olan həşiş qətranını aşkara çıxarıblar. Faktla bağlı araşdırma aparılır.






23 Fevral, 2017  15:52 Baxılıb: 1508 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner