Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Adil Əliyev: “Sağlam gənc sağlam əsgərdir, sağlam əsgər sağlam sərhəd və dövlətdir” - MÜSAHİBƏ

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bu günlərdə Simsar.az – ın suallarını cavablandırıb. Millət vəkili ilə müsahibəni sizə təqdim edirik.

-Adil müəllim bilirik çox qaynar iş rejiminiz var. Çatdıra bilirsizmi?

- Çox şükür hər şey yaxşıdır. Çalışırıq gün ərzində bütün işləri vaxtında çatdıraq. Tədbir daha çox vaxt tələb edir. Bəzən hamısına vaxt etibarilə  gedə bilmirəm. Amma çalışıram daha vacib tədbirlərdə iştirak edim. ---

-Federasiyanız İslam oyunlarına hazırlaşırmı? Ümumiyyətlə, təmsil olunacaqmı?

-Biz İslam oyunlara dəvət almamışıq. Dünya Kikboks Federasiyasının Asiya üzrə prezidenti Nasiri İran vətəndaşıdır. Özü də dünya çempionatı olmuş bir idmançıdır. Onunla əlaqə saxlamışıq. Keçən il Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə peşəkar turnirlər keçirildi. Bu il martın 3-də Bakıda İran yığma komandası ilə görüşümüz keçiriləcək. Böyük və peşəkar bir yarışma olacaq. Ola bilsin ki, İslam oyunlarında kikboks göstərici yarışlar kimi keçirilsin. Bu dəfə göstərici görüşlərimiz olsa da gələn dəfə iştirak edəcəyik.

-Rayonlarda azyaşlı kikboksçuları təyin etmək üçün tur təşkil edirsizmi?

-Bəli biz həm Beynəlxalq, həm də ölkə daxili tədbirlər keçiririk. Bölgələrdə - Fizulidə, Ağdamda, Göygöldə, Qazaxda, Naxçıvanda, Sumqayıtda belə tədbirlər keçirmişik. Ona görə də bizim federasiyamıza üzv olanların sayı çoxalıb. Demək olar ki, 60-70% idmançılarımız bölgələrdəndir. Bütün bölgələrdə klublarımızı yaratmışıq. Bilirsiz, həm də bu idman növü bizim xalqımız üçün daha əlverişlidir. Eyni zamanda sağlam gənc böyüyür. Sağlam gənc sağlam əsgərdir, sağlam əsgər də sağlam sərhəddir, sağlam dövlətdir.

-Milli Məclisdə bir neçə ölkələrin parlamentlərarası dostluq qrupunun üzvüsüz. Azərbaycan - Qazaxıstan parlamentlərarası dostluq qrupunun isə rəhbərisiz. Qrupun fəaliyyətində nə kimi planlar var?

-Qazaxıstanla çox gözəl əlaqələrimiz var. Qrupun bir neçə üzvü ilə birgə Qazaxıstana səfərimiz var. Orada Xocalı soyqrımı ilə bağlı tədbirlərdə işrirak edəcəyik. Eyni zamanda Nizami Gəncəvinin heykəlinin qoyulması ilə əlaqədar müzakirələr aparacağıq.

-Siz də sosial şəbəkələrdə aktivsiz. Ümumiyyətlə, sosial medianın zərərləri və xeyri nədir sizcə?

-Sosial media bir tərəfdən çox gözə üsul və, ünsiyyət vasitəsidir. Ancaq bəzi insanlar var ki sosial şəbəkədən düzgün istifadə edə bilmir. Facebookda işlə bağlı müraciət edənlər çoxdur. Amma bəzən görürsən ki, iş tapmağına kömək edirsən, adam özü işləmir, ya da savadı çatmır. Hansı sahibkar savadsız kadr saxlayar işində? Ümumiyyətlə, işə düzəltmək millət vəkilinin vəzifəsi deyil.

- Savad demişkən, bəlkə təhsilimizdə nələrsə qənaətbəxş deyil?

-Hamısının düzəlməsinə zaman zaman lazımdır. Razıyam çatışmayan məqamlar var, amma müəyyən qaydada işlər də görülür. Hər şeyi rəhbərin üstünə yıxmaq olmaz. Bunu vəzifə daşıyanın vicdanına da buraxmaq lazımdır. Əxlaqı, vicdanı yerindədirsə, o, işinin öhdəsindən layiqincə  gələcək.

-Nərimanov rayonunun sakinləri daha çox nədən şikayət edirlər?

-Həyatımızda problemlər çoxdur, şikəyətlər də fərqli-fərqli. Yayda su problemi, qışda istilik, işıq problemi çox olur. Artıq 3cü seçkidir ki, eyni idarədəyəm. Insanlarımız məni, qərargahımızı tanıyırlar, nömrəmi bilirlər. Müraciət edənlərin problemlərinin aradan qaldırılmasına çalışırıq.

-İndi ən böyük problemsayı artan intihar və cinayət hadisələridir. Keçmiş polis kimi bunun səbəbini nədə görürsüz?

-Bilirsiz bu informasiyalar bir az da şişirdilir. Əgər bizim təhlükəsizliyimizlə, sərhədlərimizlə, işğal olunmuş torpaqlarımızla, ordumuzla bağlı yanlış xəbərlər verirlərsə, intihar və cinayət xəbərləri nədir ki? Heç kim öz işini görmür. Biz kecid dövrü yaşayırıq. Müəyyən bir müddətdən sonra bunlar keçib gedəcək. O ki, qaldı intihar və cinayətə, bu həmişə olub. Zamanla sayı azalacaq.

-Dinimizə bağlı birisiz. Cümə namazına gedirsiz?

-Bəli, Allaha inanıram, dinimə bağlıyam. Cümə namazına əvvəllər daha çox  gedirdim. Artıq vaxtıma görə tez-tez gedə bilmirəm.

-Istirahətə necə vaxt ayıra bilirsiz?

-Bazar günlərinə çalışıram iş salmayım. Ailəmlə birlikdə zaman keçirib, evin qayğıları ilə məşğul oluram. Hətta dost tanışlara deyirəm ki, bazar gününə tədbir keçirtməsinlər. Çünki hamının olduğu kimi mənim də ailəm uşaqlarım var. Onlarla vaxt keçirməliyəm. Təbii, bu tədbirlər sırasında toy istisnadır. Bu başa düşüləndir.

-Toylarda sona qədər oturursuz?

-Çalışıram sona qədər oturum. Bir gündə iki toy olanda artıq hər ikisində iştirak etmək lazım olduğundan yarıya qədər oturmalı oluram.

-Rəqs etməyi sevirsiz?

-Heç kimin xətrinə dəymirəm çağırırlarsa durub oynayıram. Amma rəqsə xüsusi həvəsim yoxdur.

-Bəs, yeməklərlə aranız necədir?

-Yeməkləri ayırmıram, daşdan  yumşaq nə olarsa yeyərəm. Bir tikə yeyib kifayətlənirəm. Hərbiçi, polis olmuşam yemək seçmək mənim üçün önəmli deyil. Yaşamaq üçün yemək lazımdır.

-Otağınızda musiqi alətlərinin suvinerləri var. Deyəsən, sənətə, musiqiyə bağlı birisiz...

-Onlar Aftandil İsrafilovun mənə hədiyyəsidir. Musiqilərimizi bəyənirəm, ancaq mənim vaxtım olmur qulaq asmağa.

-Axırıncı dəfə nə vaxt tamaşada olmusuz?

- Akademik Dram Teatrında olmuşam. Amma daha çox kinoya gedirəm. Mənim boş vaxtım az olur. Oxumaq istədiyim kitabları səfərlərə çıxanda yolda oxuyuram.

-Bəyəndiyiniz filmlər varmı?

-Bir film var iranlılar çəkib, “Bərzəx aləmi”.  O filmə 3-4 dəfə baxmışam. Dini filmlərə daha çox baxıram. “Həzrəti Yusif” serialına da bir neçə dəfə baxmışam.

İradə Nurəddinqızı

Foto: Cəmilə Məmmədova

 






22 Fevral, 2017  17:01 Baxılıb: 1746 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner