Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Fələstinin baş nazirinin müavini Bakıya gəlir

Fələstin baş nazirinin müavini Ziyad Abu Amr martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Simsar.az-a  verilən məlumata görə,  Ziyad Abu Amrin forumda terrorizmlə mübarəzəyə dair çıxışı nəzərdə tutulub. “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?” adlı paneldə Ziyad Abu Amr müasir dövrdə terrorizmlə mübarizədə qalib gəlməyin yolları, stratigiyası barədə fikir və təkliflərini bildirəcək.

Terrorizmlə mübarəzəyə həsr olunmuş panel müzakirələrdə Fələstin baş nazirinin müavini ilə yanaşı, İordaniya Senatının Prezidenti Faysal əl-Fayez, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Səudiyyə Ərəbistanı şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal və digər ictimai-siyasi xadimlərin iştirakı nəzərdə tutulub.

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzuuna həsr edilən V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.






22 Fevral, 2017  14:53 Baxılıb: 1569 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner