Masallıda 15 yaşlı məktəbli ölüb. Hadisə rayonun böyük Kolatan kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü İlqar Zaur oğlu Əmənov evdən çıxıb dərsə gedəndə həyətdə qəflətən yıxılaraq ölüb. Kəndin icra nümayəndəsi Valeh Mikayılov məktəblinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib. İ. Əmənovun atası 6 ay öncə vəfat edib. (apa)