Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vergi Məcəlləsinə dəyişiklik edilir

Neft-qaz sazişlərinə uyğun olaraq əsas fondların, daşınan əmlakın Azərbaycan tərəfinə təqdim edilməsi üzrə əməliyyatlar vergidən azad olunur

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. 
Simsar.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 


Milli Məclis sədrinin müavini, komitə sədri Valeh Ələsgərov layihə barədə məlumat verib və sənədin qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən təqdim edildiyini bildirib. Məcəllənin 106-cı maddəsinə edilən əlavələrə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin mülkiyyətində olan törəmə müəssisələrin birinin balansından digərinin balansına əvəzsiz verilən aktivlərin, o cümlədən digər hüquqi şəxsə əvəzsiz verilmiş əsas vəsaitlərin dəyəri, neft-qaz ehtiyatları ilə bağlı sazişlərə uyğun olaraq əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycanı təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar vergidən azad olunur.


Vergi Məcəlləsinin ödəmə mənbəyində dividentdən vergi tutulması haqqında 122-ci maddəsinə “neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur” məzmunda yeni bəndin əlavə olunması təklif edilir. 164.1.11. maddəyə isə “Azərbaycan Respublikasını təmsil edən tərəf” sözləri əlavə olunur.


Bundan başqa, sənədin vergi ödəməkdən azad edilməklə bağlı 164-cü maddəsinə “164.1.14. Bu Məcəllənin 106.1.9-106.1.11-ci maddələri ilə müəyyən olunan aktivlərin dəyəri və onların hər hansı şəkildə təqdim olunması üzrə əməliyyatlar”, Vergi ödəyiciləri ilə bağlı 183-cü maddəyə isə “183.3. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir” cümlələrinin əlavə edilməsi təklif olunur.


İclasda iştirak edən komitə üzvləri, ARDNŞ-in nümayəndəsi layihə ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, Vergi Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər ölkənin milli maraqlarını qorumaqla yanaşı, neft-qaz sahəsinin daha da inkişafına xidmət edir. Sonda sənədin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması qərara alınıb.






27 May, 2011  21:23 Baxılıb: 1224 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner